Qadin.NET / Rəngarəngliyi sevən xanımlara

Rəngarəngliyi sevən xanımlara

Hər bir xanım zərif və gözəl görünüşə malikdir. Lakin bu görünüşə malik olmaq üçün səy göstərmək lazımdır. Məsələn, geyiminizlə çoxlarının diqqətini özünüzə cəlb edə bilərsiniz. Ziyafət geyimi dəbi də digər bütün qiyafətlər kimi tez-tez dəyişir. Siz də özəl dəvət ya da toylarda geyinəcəyiniz bu özəl qiyafətin mövsüm dəbinə uyğun olub-olmadığına əmin olmalısınız. Ziyafət geyim dəbində bu mövsümdə xüsusilə rənglərdən xoşlananlar üçün yaxşı bir mövsüm olacaq. Çünki açıq rəngli ziyafət geyimləri dəbdədir. Biz xanımlar hər zaman alış-veriş etmək, yeni paltarlar almaq istəyirik. Geyimimizə çox önəm veririk. Çalışırıq hər zaman gözəl görünək. Məncə, əsas dəblə ayaqlaşmaq deyil, bizə yaraşanı seçməkdir. Əziz xanımlar, bu dəfəki xəbərimdə sizlər üçün bir-birindən fərqli donlar seçib hazırlamışam. Ümid edirəm, zövqünüzə uyğun olanını seçib, bəyənərsiniz.

Rəngarəngliyi sevən xanımlara
Qırmızı rəngi sevən xanımlar üçün ideal bir modeldir.
Rəngarəngliyi sevən xanımlara
 Açıq yaşıl ziyafət don modeli çox incə və zərifdir.   
Rəngarəngliyi sevən xanımlara
 Göy rəngdə olan bu model hər bir xanımı gözəl göstərər.
Rəngarəngliyi sevən xanımlara
Yenə də qırmızı rəngli ziyafət don modeli.
Rəngarəngliyi sevən xanımlara
Növbəti cazibədar bir libas.
Rəngarəngliyi sevən xanımlara
Bu libas da çox gözəl görünür.
Rəngarəngliyi sevən xanımlara
Əsl yay geyimləridir, xüsusən də rəngləri çox gözəldir.
Rəngarəngliyi sevən xanımlara
Bu paltar necədir, əziz xanımlar, bəyəndinizmi?
Rəngarəngliyi sevən xanımlara
Yuxarı hissəsinin üstü və qolları güpürlü ziyafət don modeli.
Rəngarəngliyi sevən xanımlara
Açıq geyinməyi sevməyən gənc xanımlar üçün gözəl bir seçimdir.
Qara rəngli ziyafət geyimi də qadınların imtina edə bilmədikləri rəngdir. 
Rəngarəngliyi sevən xanımlara
Güpürü sevən xanımlar üçün incə gecə libası.
Rəngarəngliyi sevən xanımlara
Parlaq və gözəl bir libas.
Rəngarəngliyi sevən xanımlara
Hər bir xanımın seçimi ola biləcək gözəl don. 
1 iyul 2014
GO BACK