Əziz xanımlar, bu dəfəki xəbərdə seçdiyim modellərin çox qısa olmamasına diqqət etdim. Bir az artıq çəkili xanımlarımız da bu modellər arasından bəyəndiklərini seçib tikdirə bilərlər. Paltar necə olursa-olsun, düzgün seçim etmək lazımdır ki, bədən quruluşunuza uyğun olsun. Bu xəbərdə sizə gözəl libaslar təqdim edirəm. Çox vaxt dolu xanımlar özləri üçün istədiyi və ya özünə yaraşanı tapa bilmir və stresə düşür. Fikirləşirlər ki, onların ölçüsündə geyim yoxdur. Mən bu gün bunun tam əksini sübut etmək üçün sizlərə kök xanımlar üçün hazırlanmış geyimlər təqdim etmək istəyirəm.
Belindəki büzüm sizin həmin nahiyədəki artıq çəkinizi də gizlədə bilər.
Qara rəng hər zaman ideal bir rəng hesab edilib.
Orta yaşlı xanımlar üçün çox gözəl bir seçimdir.
Sadə və çox gözəl bir libas modeli.
Bu don da pis deyil.
Eyni modelin digər bir rəngi.
Bunu hər hansısa bir ziyafətə geymək mümkündür.
Əsl ziyafət, toy və ad günləri üçün seçilmiş bir libasdır.
Sadə və cəlbedici bir don.
Zərif zövqlü xanımlar üçün.
Əlvan rəngləri sevən xanımlar bu donu çox bəyənəcək.
Belindəki ağ rəng bu paltara xüsusi bir gözəllik qatıb.
Uzun geyinməyi sevən xanımlar üçün.
Qara rəng gözəlliyi ilə yanaşı hər cür qüsurları da örtmək gücünə malikdir.
Eyni modelin mavi rəngi də çox gözəl görünür.
Orta yaş xanımlar üçün nəzərdə tutulmuş gözəl bir model.
Rəngarəngliyi bəyənən xanımların xoşuna gələcək bir model.
Donun üzərindəki tül ona xüsusi bir yaraşıq bəxş edib.