Hər xanım gözəldir, lakin gözəlliyə gözəllik qatmaq üçün geyim də önəmlidir. İşə, gəzintiyə və yaxud da toya gedəndə geyimimizə mütləq diqqət yetirməliyik. Ziyafət geyimləri dolabımızda mütləq olmalıdır. Hər qadının bir neçə ziyafət paltarı olmalıdır. Hal-hazırda ziyafət paltarları tikilişiylə, formalarıyla biz qadınlardan cəsarət tələb edir. Bu il açıq rəngli ziyafət geyimləri dəbdədir. Ən trend ziyafət geyim rəngləri mavi, yaşıl, firuzəyi rənglərdir. Bununla yanaşı, qara rəngli ziyafət geyimi də qadınların imtina edə bilmədikləri rəngdir. Mən də sizə bu ilin dəbli ziyafət geyimlərini təqdim edirəm.
Xanımlar üçün gözəl bir seçim ola bilər. Bu model gənc qızların tərzidir.
Göz qamaşdıran bir ziyafət modeli.
Güpürü sevən xanımlar üçün yaşıl don modeli incə və zərifdir.
Bu model ağ-qara rəngdədir və xanımlarımızı daha da incə göstərəcək.
Bu model sadəliyi sevən xanımlarımız üçün gözəl seçim ola bilər.
Xallı geyimlər xanımları həm gözəl, həm də cazibədar göstərir.
Bu tərz geyməyi sevən xanımlar üçün.
Göz oxşayan bir modeldir. 2014-cü ilin ən dəbdə olan modellərindən biridir.
Qısa modeldə olan donlardan xanımlarımız çox istifadə edir.
Göy rəngdə olan bu paltar çox zərif, sadə, bir o qədər də dəblidir.
Heyrətamiz bir paltardır.
Gənc xanımlar üçün gözəl bir seçim ola bilər.
Qısa ətək sevən xanımlar üçün.
Bu modelin üst hissəsi bütünlüklə güpürdəndir.
Bu model də sadə və zərifdir.
Güpürlü ziyafət don modeli gözəl görünür.
Bu isə mavi və qara rəngin uyğunluğudur.
Bu dəst gənc qızlar üçün nəzərdə tutulub.
Krem rəngli ziyafət don modeli, xüsusən incə xanımların tərzidir.