Qadin.NET / Rəngarəng geyimlər

Rəngarəng geyimlər

      Hər bir xanım zərif və gözəl görünüşə malikdir. Lakin bu görünüşə malik olmaq üçün səy göstərmək lazımdır. Məsələn, geyiminizlə çoxlarının diqqətini özünüzə cəlb edə bilərsiniz. Ziyafət geyimi dəbi də digər bütün qiyafətlər kimi tez-tez dəyişir. Siz də özəl dəvət, ya da toylarda geyinəcəyiniz bu özəl qiyafətin mövsüm modasına uyğun olub-olmadığına əmin olmalısınız. Ziyafət geyim modasında bu mövsümdə xüsusilə rənglərdən xoşlananlar üçün yaxşı bir mövsüm olacaq. Çünki açıq rəngli ziyafət geyimləri dəbdədir. Biz xanımlar hər zaman alış-veriş etmək, yeni paltarlar almaq istəyirik. Geyimimizə çox önəm veririk. Çalışırıq hər zaman gözəl görünək. Məncə, əsas dəblə ayaqlaşmaq deyil, bizə yaraşanı seçməkdir. Əziz xanımlar, bu dəfəki xəbərimdə sizlər üçün bir-birindən fərqli donlar seçib hazırlamışam. Ümid edirəm, zövqünüzə uyğun olanını seçib, bəyənərsiniz.

Rəngarəng geyimlər
 Al qırmızı ziyafət don modeli çox qəşəng görünür. Paltarın üst hissəsindəki işləmələr paltara daha da gözəllik verir.
Rəngarəng geyimlər
Qara rəngli sadə dəbli don xanımlar üçün əla seçimdir.
Rəngarəng geyimlər
Bu ziyafət geyimləri rəng və görünüş cəhətdən çox zövqlüdür.
Rəngarəng geyimlər
Qırmızı rəngdə olan bu paltar çox cəlbedici görünür.
Rəngarəng geyimlər
 Bəyənə biləcəyiniz bir model.
Atlasdan olan  rəngli don çox şirin görünür. Yay əhval-ruhiyyəsinə uyğun olan açıq tonlardan istifadə olunmuşdur. 
Rəngarəng geyimlər
Güpürü sevən xanımlar üçün incə və dəbdəbəli gecə libasıdır.
Rəngarəng geyimlər
Sadəliyi sevənlər üçün gözəl seçimdir.
Rəngarəng geyimlər
 Göz qamaşdıran bir ziyafət modeli. 
Rəngarəng geyimlər
Göy rəngi sevən xanımlar, buyurun, sizin üçün əla seçimdir.
Rəngarəng geyimlər
Sadə və dəbli bir modeldir.
Rəngarəng geyimlər
Bu model yəqin ki, çoxunuzun zövqüncə olacaq.
Rəngarəng geyimlər
 Bir çiyni açıq, qara rəngli, güllü ziyafət don modeli. 
Rəngarəng geyimlər
Qırmızı rəngi sevən xanımlar üçün gözəl ziyafət geyimidir.
Rəngarəng geyimlər
Yuxarı hissəsi qaşla bəzədilmiş, ətəyi göy rəngli gözəl bir don.
Rəngarəng geyimlər
Yəqin ki, hər kəsin zövqünə uyğun olan bir geyimdir.
Rəngarəng geyimlər
İncə xanımlar üçün gözəl bir seçim ola bilər. 
Rəngarəng geyimlər
Bu şəkildəki eyni dondur, sadəcə üst hissəsini istəyə uyğun dəyişmək mümkündür. 
23 aprel 2014
GO BACK