Hər xanım gözəldir, lakin gözəlliyə gözəllik qatmaq üçün geyim də önəmlidir. İşə, gəzintiyə və yaxud da toya gedəndə geyimimizə mütləq diqqət yetirməliyik. Ziyafət geyimləri dolabımızda mütləq olmalıdır. Hər qadının bir neçə ziyafət paltarı olmalıdır. Hal-hazırda ziyafət paltarları tikilişiylə, formalarıyla biz qadınlardan cəsarət tələb edir. Artıq açıq rəngli ziyafət geyimləri dəbdədir. Ən trend ziyafət geyim rəngləri mavi, yaşıl, firuzəyi rənglərdir. Bununla yanaşı, qara rəngli ziyafət geyimi də qadınların imtina edə bilmədikləri rəngdir. Mən də sizə bu ilin dəbli ziyafət geyimlərini təqdim edirəm.
2014-cü ilin ən dəbdə olan modellərindən biridir. Paltarın üst hissəsindəki işləmələr paltara gözəllik verir. Bu libasın özəlliyi rəngi yox, üzərinə düzülmüş daş-qaşlardır.
Qara rəngdə olan uzun ziyafət geyimi mükəmməldir.
Bu rəngdə ziyafət don modeli sadə, bir o qədər də cazibədardır.
Qırmızı rəngdə ziyafət don modeli, gənc qızların tərzidir.
Üstü güpürlü ziyafət don modeli, çox sadə və eyni zamanda gözəldir.
Belindəki və üst hissəsindəki işləmələri ilə gözəlliyinə gözəllik qatan bir libas.
Göy rəngdə olan bu paltar çox zərif, sadə, bir o qədər də dəbli görünüşə malikdir.
Bu rəngdə olan uzun ziyafət geyimi mükəmməldir.
2014-cü ilin ən dəbdə olan modellərindən biridir.
Qısa modeldə olan ziyafət modeli gözəl bir seçimdir.
Zümrüd yaşılı ziyafət don modeli - çox cəlbedicidir, çılğın xanımların seçimidir.
Qadınların sevdiyi rəng olan qırmızı ziyafət don modeli, möhtəşəm görünür. Cəsarətli xanımların seçimidir.
Qapalı geyinməyi sevən xanımlar üçün, incə və zərifdir.
Yaşıl rəngli ziyafət geyim modeli bu il çox dəbdə olacaq.