Hər xanım gözəldir, lakin gözəlliyə gözəllik qatmaq üçün geyim də önəmlidir. İşə, gəzintiyə və yaxud da toya gedəndə geyimimizə mütləq diqqət yetirməliyik. Ziyafət geyimləri şkafımızda mütləq olmalıdır. Hər qadının bir neçə ziyafət paltarı olmalıdır. Hal-hazırda ziyafət paltarları tikilişiylə, formalarıyla biz qadınlardan cəsarət tələb edir. Ziyafət geyim modasında bu mövsümdə xüsusi ilə rənglərdən xoşlananlar üçün yaxşı bir mövsüm olacaq. Çünki açıq rəngli ziyafət geyimləri dəbdədir. Ən trend ziyafət geyim rəngləri mavi, yaşıl, firuzəyi rənglərdir. Bununla yanaşı, qara rəngli ziyafət geyimi də qadınların imtina edə bilmədikləri rəngdir. Mən də sizə bu ilin dəbli ziyafət geyimlərini təqdim edirəm.
Həm rəngi, həm də forması çox gözəl görünür.
Yaşıl rəngli ziyafət geyim modeli bu il çox dəbdə olacaq.
Bəyənə biləcəyiniz bir model.
Göz qamaşdırıcı bir ziyafət modeli.
Güpürü sevən xanımlar üçün incə və dəbdəbəli gecə libasıdır.
Qırmızı rəngi sevən xanımlar üçün gözəl ziyafət geyimidir.
Açıq geyinməyi sevməyən gənc xanımlara gözəl bir seçimdir.
Üst hissəsi parlaq və qolları güpürlü özündən sanki kəmər kimi dizayn edilən don modeli.
Qırmızı rəngli ziyafət donu modeli sizə çox yaraşacaq... Amma bu libasın özəlliyi rəngi yox, üzərinə düzülmüş daş-qaşlardır.
Göz oxşayan bir modeldir. 2014-cü ilin ən dəbdə olan modellərindən biridir.
Yəqin ki, hər kəsin zövqüncə olan bir geyimdir.
Tünd göy rəngdə olan bu paltar çox zərif görünür.
Qara rəngli ziyafət don modelləri hər zamanki kimi aktuallığını qoruyur.
Qara rəngli sadə ziyafət modeli sizə çox gözəl yaraşacaq 2014-cü ilin ən dəbdə olan modellərindən biridir.
Paltarın üst hissəsindəki işləmələr paltara gözəllik verir.
Çəhrayı rəngli olan geyim çox sadə və eyni zamanda gözəldir.
Bu model yəqin ki, çoxunuzun zövqüncə olacaq. Belindəki işləmələri ilə gözəlliyinə gözəllik qatan bir libas.
Qadınların sevdiyi rəng olan qırmızı ziyafət don modeli möhtəşəm görünür.