Əziz xanımlar, bu dəfə də sizə müxtəlif geyimlər təqdim edirəm. Hər bir xanımın özünə məxsus geyim tərzi vardır. Kimisi klassik üslubda, kimisi idman üslubunda, kimisi qarışıq üslubda geyinməyi xoşlayır. Bu xəbərimdə sizə bir-birindən fərqli geyim tərzləri təqdim etmək qərarına gəldim, amma retro geyimlər... İşə, gəzintiyə və yaxud da toya gedəndə geyimimizə mütləq diqqət yetirməliyik. Bu xəbərimdə isə gözəl xanımlarımıza bir-birindən gözəl retro geyimər təqdim edirəm. Buyurun baxın....
Bu model də sadə və zərifdir, yaxa hissəsində isə kiçik yarıqdan istifadə olunub.
Ağ-qaranın daha bir zövqlü uyğunluğu olan gözəl don.
Bu qırmızı donun üzərində olan ağ rənglər sizi daha da incə göstərəcək.
Çox gözəl görünür.
Bu don da çox zərifdir. Belində olan kəmər isə beli incə göstərir.
Bu dəst hər bir xanımın zövqünü oxşayacaq, xüsusən gənc qızlar üçün nəzərdə tutulub.
Bu model isə daha çox gənc xanımlarımız üçün nəzərdə tutulmuşdur.
Xanımın gözəlliyinə gözəllik qatan bir libas.