İlk doğuş ilk həvəs olduğundan uşağa aid xoşa gələn nə varsa alınır. Əslində doğulacaq körpə üçün çox geyim almağa ehtiyac yoxdur. Onsuz da körpənizin doğulduğunu eşidən yaxınlanrınız sizə hədiyyələr gətirəcəklər. Körpənizin boş qalan şkafı geyimlə dolacaqdır. Qış aylarında isə körpələrinizə əl hörgüsü olan geyimlər gətirəcəklər. Siz istədiyiniz rəngdə və modeldə körpəniz üçün geyim sifariş edə bilərsiniz. Əlbəttə ki, sizin də belə bir bacarığınız varsa, heç kimdən kömək almayıb, doğulacaq körpənizə yeni mövsüm uşaq geyimləri hörə bilərsiniz. İndi tanınmış markalar "ağıllı ip" deyilən yumaqları satışa çıxarıblar. Hər hansı bir modeldən istifadə etmədən düz hörgü hördükdə yundakı rənglərin düzülüşü ilə naxışların ortaya çıxdığını görəçəksiniz. Buyurun, balacalarınız üçün hörgülü geyimlər.
Balaca oğlunuza gözəl bir jaket.
Həm balaca oğlunuza, həm də qızınıza geyindirə bilərsiniz.
Balaca qızınıza çox gözəl yaraşacaq.
Çox maraqlı hörgülü bir şalvar modeli.
Oğlunuz üçün hörülmüş geyim dəsti.
Oğlunuza yaraşan jilet modeli.
Çox maraqlı hörgülü şalvar modeli körpənizə çox yaraşacaq.
Çox gözəl toxunma jaket.
Qızlarınız üçün çox gözəl bir toxunma don modeli.
Oğlunuz üçün toxunma bələk modeli.
Çox şirin görünən geyimin toxunuşu gözəldir.
Körpəniz üçün toxunma papaq və jaket dəsti.
Oğlunuz üçün əl əməyi olan jaket.
Hər biri ayrı-ayrılıqda çox zövqlü və qəşəngdilər.
Qırmızı rəngdə toxunulmuş don qızınıza çox yaraşacaq.
Körpənizi isti saxlayan, toxunma bələk.