Qadin.NET / Körpələr üçün geyimlər

Körpələr üçün geyimlər

Uşaqlar bizim gələcəyimizdir. Onların sağlam böyüməsi üçün bütün analar öz körpələri üçün əllərindən gələn hər bir şeyi edirlər. Hər birimiz imkanımız çatan qədər uşaqlarımız üçün hər şeyin ən gözəlini yaratmağa çalışırıq. Uşaq paltarı aldıqda paltarın materialına önəm vermək lazımdır. İndi isə sizlərə bir-birindən gözəl və şirin, gül balalarınızın rahatlıqla istifadə edə biləcəyi paltarlar təqdim edirəm. Buyurun baxın. İnşaAllah bəyənərsiniz.
Üzərində fil şəkli olan papağiyla dəst geyim.
Balaca balanız üçün üzərində pinqvinlər təsvir olunmuş geyim.
Papağıyla dəst və rəngarəng olan geyim çox gözəldir.
Göy xalları olan geyim oğlan uşaqları üçün gözəl seçim ola bilər.
Üzərində qış mənzərəsi təsvir olunmuş geyim.
Bu da yuxarıdakı modelin qızlara uyğun olanıdır.
Ağ rəngli üzərində ayı balası təsvir olunmuş geyim.
Ağla qəhvəyi rəngin zövqlü uyğunluğu çox gözəldir.
Bu geyim də çox zövqlüdür.
Ağla qırmızı rəngin uyğunluğunu göstərən papağıyla dəst geyim.
Bu da həmin geyimin başqa rəngidir.
Oğlan uşaqları üçün nəzərdə tutulmuş bu geyim olduqca gözəldir.
Bu geyim də oğlanlar üçün çox gözəl seçimdir.
Bu geyim də bir az sadə və gözəldir.
Şirin-şəkər balalarınıza gözəl seçimdir.
Göylə ağ rəng uyğunluğunu vurğulayan, üzərində maşın təsvir olunmuş geyim.



9 fevral 2014
GO BACK