Qadin.NET / Uşaqlar üçün hamam xalatları

Uşaqlar üçün hamam xalatları

Əziz analar, bu xəbərimdə sizin şirin-şəkər balalarınız üçün bir-birindən gözəl və rəngarəng hamam xalatları seçib hazırlamışam. Balalarımızın yuyunub qurtarandan sonra rahatlıqla geyinə biləcəyi gözəl xalat modelləri ilə tanış olun. Buyurun, bəyəndiyinizi öz balanız üçün seçin...
Çəhrayı rəngli dəst olan sadə hamam xalatı.
Yaxasında fil təsvir olunmuş xalat çox gozəldir. Bu xalatın fərqli rənglərini də seçə bilərsiniz.

 Mavi rəngi də gözəl və maraqlı görünüşə malikdir.

 Ağ rəngi sevən balacalarımız bu xalatı çox bəyənəcək və sevə-sevə geyinəcəklər.

 Qıraqlarında çəhrayı rəngdə xətlər olan xalat da çox şirin və gözəl görünür.

Papağında qulaqları olan, yaxasında balıq təsvir olunmuş bu xalatn da müxtəlif rənglərini seçə bilərsiniz.

 Sarı rəngli hamam xalatına balaca qızlarımız üstünlük verəcəklər.

 Çəhrayı rəngi sevən uşaqlar bu xalatdan imtina edə bilməyəcəklər.

 Üzərində iri balıq olan bu xalat oğlan uşaqları üçün gözəl seçimdir.

 Ağ rəngli xalatın üzərində qırmızı balıq çox maraqlı və şirin görünür.

 Zürafəli-meymunlu xalatı hansı uşaq sevməz ki? Çox gözəldir, rənginə də söz ola bilməz.

 Qızlarımızın rahatlıq geyinə biləcəyi sarı rəngdə gözəl hamam xalatı.

 Bu hamam xalatının ayaqqabıları və dəsmalı da var, oğlan uşaqları üçün əla seçimdir.

 Möhtəşəm görünüşlü, yumşaq, rahat hamam dəstidir.

Bu dəst də sadə və gözəldir.
Bu çəhrayı xalat da sadə və gözəl görünür.
2 fevral 2014
GO BACK