Qadin.NET / Geyim dəstləri

Geyim dəstləri

Qadınlar arasında üslub ilə fərq yaratmaq, zərif, gözəl görünmək üçün geyimi doğru uyğunlaşdırmaq çox vacibdir. Düzgün geyinmək üçün heç də bahalı geyimlərə ehtiyac yoxdur. Sadəcə, zövqlü seçim etmək lazımdır. Geyim seçərkən zəriflik, qadın görkəmi və rahatlıq ön planda olmalıdır. Sonra isə rəng seçimi, ayaqqabı, çanta və aksesuarlar... Əgər qarderobunuzda olan dəbdən düşmüş bəzi geyimləriniz varsa, onları da fantaziyanızı işə salaraq bir neşə dəyişiklik edib, fərqli geyim əldə edə bilərsiz. Sizinlə bir neçə geyim dəsti paylaşacam. Ümid edirəm ki, bəyənəcəksiniz.

Geyim dəstləri

Yaz-yay ayları üçün nəzərdə tutulan bu geyim dəsti sizi cazibədar göstərəcək.
Geyim dəstləri

Payız ayları üçün münasib olan bu dəst işgüzar xanımlar üçün əla seçim ola bilər.
Geyim dəstləri

Klassik tərzi sevən xanımlar bu dəstə "yox" deyə bilməyəcəklər.
Geyim dəstləri

Ətəyi enli şalvarlar bu ilin dəbi olduğu üçün rahatlıqa bu seçimi edə bilərsiniz, həm də qırmızı-qara rəng uyğunluğu hər zaman gözəl görünür.
Geyim dəstləri

Güpürdən olan qırmızı mini ətəkli don və aksesuarlar ziyafət və şənliklər üçün nəzərdə tutulub.

Geyim dəstləri

Gənc qızlarımız bu dəsti çox bəyənəcəklər. Bu geyimdə onlar bir az nazlı, bir az da şıltaq görünəcək.
Geyim dəstləri

Ziyafətlərdə, ad günlərində dekolteli, midi geyimlərə üstünlük verən xanımlar - tam sizin üçündür.
Geyim dəstləri

Qara rənglə krem rəngi hər zaman gözəl görünür, bu geyimdə siz şıq görünəcəksiniz.
Geyim dəstləri

Ümumilikdə qara rəngə üstünlük verən xanımlar üçün gözəl geyim dəstidir. Xüsusilə nisbətən kök qadınlar bu geyimdən istifadə edə bilərlər.
Geyim dəstləri

Belindəki leopard formalı parçadan olan kəmər donu sadəlikdən çıxardaraq ona gözəllik qatıb. Aksesuarları da çox gözəl və cəlbedicidir.
Geyim dəstləri

Yaşıl rəngi sevən xanımlar üçün maraqlı seçim ola bilər. Üzərindən geyinmək üçün fiqarosu da var.

Geyim dəstləri

Rahat geyim tərzinə üstünlük verən xanımlar bu geyim dəstinə müraciət etsələr peşman olmazlar. Bir neçə rəngin qarışığından istifadə olunan bu dəst sizi gözəl və baxımlı göstərəcək.

12 yanvar 2014
GO BACK