Əziz Qadın.Netin gözəl xanımları. Bu xəbərimdə sizə qışda dərsə, görüşə və ya alış-verişə geyinə biləcəyiniz geyimləri təqdim edirəm. Həm qısa boylu, həm orta boylu, həm də uzunboylu xanımları nəzərdə tutmuşam. Bu geyimlər gündəlik olsa da həm cazibədar, həm də gözəl görünəcəksiniz. Yadınızda saxlamaq lazımdır ki, gündəlik həyatımızda geyim geyinərkən makiyajımız da sadə olmalıdır. Saçlarımızı da sadə görünüşdə etməliyik. Belə etdikdə daha sadə, cazibədar, həm də təbii görünmüş olacaqsınız. Güman edirəm ki, bəyənərsiz. Buyurun baxın.
Çantayla yarımboğaz çəkməni çox bəyəndim, sizin də bəyənəcəyinizi düşünürəm.
Zərif xanımların üstünlük verdikləri geyim.
Çox açıq geyinməyən xanımlar başqa bir koftayla əvəz edə bilərlər.
25 yaşdan yuxarı xanımlar üçün daha uyğundur.
Sadə geyimdir, çox bəyəndim, yarım boğaz çəkmə ilə də geyinə bilərsiniz.
Təbii saçlarla gözəl və sadə görünür.
Belə enli şalvarlarla kombinlər cəlbedicidir.
Yeniyetmələrimiz üçün bir idman kombini.
Bu kombinlə görüşə gedə bilərsiniz.
Uzun çəkmələrlə gözəl görünüşə malik olacaqsınız.