Uşaqlarımız bizim gələcəyimizdir. Onların uğurları, xoşbəxtlikləri, bizim fəxrimizdir. Amma onların rahatlıgı, gözəl və səliqəli görünməsi də biz analar üçün vacib bir nüansdır. Əziz xanımlar, uşaqlar ücün bir neçə ev geyimi seçmişəm. Gəlin birlikdə baxaq...
Oğlan uşaqları üçün rahat bir ev geyimi.
Önü qurbağa şəkilli bu geyim uşağınızın xoşuna gələcək.
Balaca kişilərin seçimi ola bilər.
Qız uşaqları üçün rahat və şirin bir body.
Şirin balalar üçün leopardlı, rahat bir geyim.
Bu da oğlanlar üçündür.
Sanki həqiqi pencək geyinib. Bu model sizin balaca kişilərə əla yaraşacaq.
Bu geyim isə nazlı qızlarımızı gözəl göstərəcək.
Son dərəcə dəbdə olan və ən əsası rahat bir geyim.
İdman üslubunda bir geyim.
Bu da qızlarımız üçündür.
Cibləri güpür işləməli cins şalvarla zövqlü və rahat bir kofta.
Əminəm ki, bu şirin don zövqünüzü oxşayacaq.
Zövqlü və rahat bir geyim dəsti.
Şirinləriniz üçün qəşəng bir don.
Şirin, şəkər körpələriniz üçün bənövşəyi rəngdə, papaqlı body dəsti.
Daha başqa bir model.
Arxası müxtəlif heyvan şəkilli bu geyim gül balalarınızın xoşuna gələcək.
Şirin, şəkər qızlarınızın zövqünü oxşayacaq rahat bir ev geyimi.