Xanımlar, ötən xəbərimdəki toxunma uşaq ayyaqqabılarına marağınızı nəzərə alaraq növbəti xəbərimi də şirin-şəkər balaların geyimlərinə həsr etdim. Əminəm ki, bəyənəcəksiniz. Düzdür, gözəlliklər və seçim çoxdur. Bir qismiylə sizlər də tanış olun. Allah hamıya öncə övlad, sonra bol ruzi yetirsin. Bizlər də, övladlarımız da yararlanaq bu geyimlərdən.
Ağ don sadə və gözəl toxunuşla toxunub.
Sarı rəngli bu jaket dəsti isə papaq və ayyaqqabıdan ibarətdir. 4-5 aylıq uşaq üçün münasibdir.
Şortla olan bu dəstin şlyapası geyimə xüsusi gözəllik verir.
Bu donda şirinlər lap gözəl görünə bilər.
İki rəngin qarışığı dona ayrıca gözəllik verir.
Bu don da sadə və sıx toxunub.
Təzə doğulmuş uşaqlar üçün daha münasib bir geyimdir.
Toy, ad günü şənlikləri üçün əla seçim ola bilər.