Soyuq aylarda balacalarımızı qalın geyindirmək çox vacibdir. Təbii ki, uşaqlar üçün ən mühüm geyim növlərindən biri də papaq və şərflərdir. Bu xəbərimdə həm qız, həm oğul balalarınız üçün bir neçə papaq, şərf modelləri təqdim edirəm. Ümid edirəm ki, zövqünüzə uyğun olar.
Çəhrayı rəngli, güllərlə bəzədilmiş bu dəst çox gözəl görünür.
Bu papaq müəyyən qədər şərfi də əvəz edə bilər.
Bu papaq-şərf dəsti də qızlarımız üçün uyğun seçim ola bilər.
Hər iki papaq, şərf dəsti oğlan uşaqları üçün gözəl, sadə bir seçimdir.
Bu da balaca oğullarınıza çox gözəl yaraşar.
Daha bir çəhrayı rəngli papaq-şərf dəsti.
Eyni modeldə iki müxtəlif rəngli papaq-şərf balaca qızlarınız üçün sadə bir seçimdir.
Boz rəngli bu papaq-şərf dəsti də balaca oğullarınız üçün uyğun bir seçimdir.
Bu dəst də həmçinin sadə seçimlərdəndir.
Eyni modelin iki müxtəlif bəzəkləri olan bu papaq-şərf dəstlərində şərflər bir qədər fərqli formadadır.
Yenə də eyni modelin iki müxtəlif rəngidir.
Mavi rəngli bu papaq-şərf dəsti də çox gözəl seçimdir.