Balacalarımız üçün qış fəslində ən mühüm geyim növlərindən biri şübhəsiz ki, papaq, şərf və əlcəklərdir. Onları soyuqdan, xəstəlikdən qorumaq üçün, təbii ki, isti, qalın geyindirmək lazımdır. Əziz valideynlər, bu xəbərdə sizlərə balacalarınız üçün bir neçə papaq, şərf modelləri təqdim edirəm. Toxuma qabiliyyəti olan xanımlarımız da bəyəndikləri modeli övladları üçün toxuya bilərlər.
Eyni modeldə olan papağın iki müxtəlif rəngi...
Bu da uşaqların bəyənəcəyi bir papaqdır.
Qırmızı rəngli bu papaq, şərf də gözəl seçimlərdən ola bilər.
Qızlarımız üçün çox gözəl seçimdir.
Şübhəsiz ki, oğlan uşaqları bu modeli daha çox sevəcək.
Bu şəkildə yalnız əlcəkləri ilə dəst olan papaq modelidir.
Qırmızı rəngli bu model sadə olduğu qədər də gözəldir.
Yenə də oğlan uşaqları üçün sadə bir seçimdir.
Çiyələyi xatırladan bu papaq, şərf və əlcək dəsti də çox gözəl görünür.
Sadə seçimlərdən biri də budur.
Üzərində cizgi film qəhrəmanları olan bu papaq-şərf dəsti də oğul balalarımız üçündür.
Yenə də eyni modelin iki fərqli rəngi. Çox gözəl görünür, elə deyilmi?
Bu da həmçinin balaca şirin-şəkər balanıza çox gözəl yaraşacaq.