Balacalarımız üçün ən mühüm geyim növlərindən biri şübhəsiz ki, papaq, şərf və əlcəklərdir. Onları soyuqdan, xəstəlikdən qorumaq üçün, təbii ki isti, qalın geyindirmək lazımdır. Əziz valideynlər, bu xəbərdə sizlərə balacalarınız üçün bir neçə papaq, şərf modelləri təqdim edirəm. Toxuma qabiliyyəti olan xanımlarımız da bəyəndikləri modeli toxuya bilərlər.
Mavi rəngli bu papaq və şərf övladınız üçün gözəl seçim ola bilər.
Burada üç fərqli model vardır.
Qırmızı, üzərində qar dənəciyi naxışları olan model də çox gözəl görünür.
Eyni modelin iki fərqli rəngini görürük, hər ikisi də çox gözəl yaraşar.
Ağ, üzəri qırmızı güllü papaq-şərfin ayaqqabısı da var. Çox şirin görünür.
Kiçik güllərlə bəzədilmiş gözəl bir model.
Ağ rəngli bu papaq və şərf sadə seçimlərdən ola bilər.
Balacalar üçün şirin, yumşaq bir modeldir.
Rəngi və modeli də çox gözəl görünür. Elə deyilmi?
Dörd fərqli toxunuş şəkli.
Yenə də eyni modelin fərqli rənglərini görürük.
Burada da papağın əlcəkləri ilə yanaşı kiçik ayaqqabıları da vardır.
Yenə də sadə bir model.
Təbii ki, uşaqlar cizgi film qəhrəmanları olan hər cür geyimi daha çox xoşlayır.