Xanımların qarderobunda qara rəngdə olan geyimlərə tez-tez rast gələ bilərik. Qara rəngli geyimlərə daha çox dolu xanımlar üstünlük verir. Çünki qara rəng xanımları daha incə göstərir. Bu rəng heç bir zaman öz aktuallığını itirmir. Bu gün də sizə qara rəngin necə asan uyğunlaşdırılmasını göstərəcəyik, qara rəngli qiyafətləri hər bir rəngli aksesuarla geyinə bilərsiniz. Qara rəngli hər hansı bir geyim təkbaşına sönük görünür. Ona görə də qara geyimləri mütləq dəst geyinmək məsləhətdir.
Bu dəst hər bir xanımın zövqünü oxşayacaq, xüsusən gənc qızlar üçün nəzərdə tutulub.
Qara rəngli sadə don qəhvəyi kəmər, sırğa, çanta, ayaqqabı, saat və eynəklə dəst edilmişdir.
Qara rəngdə olan don qara ayaqqabı və qırmızı aksesuar ilə uyğunlaşdırılıb.
Qara rəngli dəbli don iş xanımları üçün əla seçimdir.
Qızılı kəmər leopard ayaqqabı və aksesuarlarla möhtəşəm görünür.
Gümüşü qaşlarla uyğunlaşdırılan qara don çox qəşəngdir.
Qara don qaşlı ayaqqabı, qolbaq və don üzərində xırda qaşlarla gözəl görünür.
Gənc xanımlar üçün super geyim dəstidir.
Qara don qızılı aksesuarlarla uyğunlaşdırılıb.
Qara rəngli don gümüşü rəngdə kəmər, ayaqqabı və aksesuarlarla uyğunlaşdırılıb.
Qızılı rəngdə olan aksesuarlarla uyğunlaşdırılan don xüsusilə ziyafətlər üçündür.
Qırmızı gödəkçə və ayaqqabıyla uyğunlaşdırılıb.
Bu stildə geyinən xanımlar üçün gözəl dəstdir.