Biz xanımlar hər zaman paltar seçimi edəndə çalışırıq ki, çəkimizi gizlədən seçimlər olsun. Ən əsas seçim bizə yaraşanı seçməkdir. Bizə yaraşan və rahatdırsa - ən dəbli və ən gözəl seçim məhz odur.Bu paltarları seçəndə bir az da artıq çəkili xanımları nəzərə aldım. Həm də çalışmışam qapalı geyimlər seçim ki, xanımlarımız bəyənsin. Bu geyim nümunələrində qara və qırmızı rəngin gözəl uyğunluğunun şahidi olacaqsınız.
Bu seçim iş xanımları üçün uyğundur.
Evdə keçirilən qonaqlıqlarda geyinə bilərik.
Bu qara geyimi qırmızı kəmər daha da gözəlləşdirir.
Bu seçim dəblə ayaqlaşan xanımlar üçündür.
Uzun ətək sevən xanımlar üçün.
Rahat ayaqqabı sevən xanımlar üçün.
Qara ilə qırmızının cəmləşdiyi bir seçim.
Sadə, rahat gözəl secim.
Bu geyim qeyri-adiliyi sevən xanımlar üçündür.
Ziyafətlər üçün nəzərdə tutulmuş geyim ürəyinizcə olacaq.