Qadin.NET / Paltarın bəzəyi - güpür

Paltarın bəzəyi - güpür

Müasir dövrümüzdə nəinki məşhur və göz önündə olan insanlar, eləcə də özünə əmin olan, dəblə ayaqlaşmağı bacaran xanımların geyim tərzini güpürlü paltarlar bəzəyir. Güpür adi bir geyimə daha cazibəli və gözəl görünüş bəxş etməklə yanaşı, həm də qüsurları gizlətməyə imkan verir. Arıq xanımlar güpürlü don geyindikdə kök görünür. Qollarının formasından, arıq və ya kök olmasından narahat olanlar qolları güpürlü geyimlərlə bunu korreksiya edə bilərlər.

Sizə seçdiyim bəzi modelləri təqdim etmək istəyirəm.

Paltarın bəzəyi - güpür

Qollarında və sinəsində güpür və tül işləmələri olan kofta cəlbedici görünür.

Paltarın bəzəyi - güpür

Çiyinlərindəki qara güpür ağ köynəyə ziyafət tərzi bəxş edir.

Paltarın bəzəyi - güpür

Arıq qolları olan xanımlar bütünlüklə güpür işləməsi olan köynəklərdən rahatlıqla istifadə edə bilərlər.

Paltarın bəzəyi - güpür

Dar çiyinli xanımlara uyğun, kürəyində güpürü olan kofta.

Paltarın bəzəyi - güpür

Kürəyi güpür olan qara, çox zərif ziyafət donu.

Paltarın bəzəyi - güpür

Çox gözəl bir güpürlə bəzədilmiş ziyafət donu.

Paltarın bəzəyi - güpür

Yuxarı hissəsi güpür işləməli novbəti ziyafət geyimi.

Paltarın bəzəyi - güpür

Bir çiyinli, krem rəngə uyğunlaşdırlmış qara güpür işləməli ziyafət donu zərif görünür.

Modelyer qırmızı güpürü dəri rənginə çox gözəl uyğunlaşdırıb.

Bu dona güpür kəmər və qolbaqlar incə görünüş bəxş edib.

Zərif güpür işləməli ziyafət donu sizi qatılacağınız məclisin şahzadəsi edəcək.

Ümid edirəm seçimlərim sizin də xoşunuza gələcək!

18 dekabr 2013
GO BACK