Dəbdə son yenilik - saçaqlı modellər yenidən həyatımıza daxil olur. Qadınlara saçaqlı modellər 2014-cü ildə də paltardan tutmuş aksesuara qədər bütün modellərdə qarşımıza çıxacaq.
Hər hansı bir paltarınızı, ya da aksesuarınızı saçaqlı seçməniz belə sizi fərqli bir havaya bürümüş olacaq. Belə modellərlə şəxsi özəlliklərinizi ön plana çıxara, diqqətləri üzərinizə çəkə bilərsiniz.
Geyimlərdəki qotaz detalı azad və cazibədar hava yaradacaq. Həm əyləncəli, həm özünüzü özəl hiss edəcəyiniz saçaqlı modellərdən nümunələri sizlərə təqdim edirəm.
Boz rəngli qolları saçaqlı kofta bu ilin dəbli modellərindəndir.
Nazik saçaqlı boz rəngli kofta builki dəbə uyğudur.
Koftanın üstündən qotazlı atma sizə fərqlilik qatacaq.
Altından nazik bir kofta geyinə bilərsiniz.
Arxasındakı saçaqları modelə xüsusi gözəllik verir.
İncə xanımlara gözəl yaraşar.
Hündürdaban ayaqqabılarla uyğunlaşdırıb ziyafətə geyinə bilərsiniz.
Üzəri başdan-ayağa saçaqlı geyim ürəyinizcə olacaq.
Fərqli olmaqla yanaşı, həm də gözəl ətəkdir.
İdman stilində geyinən xanımlar üçün nəzərdə tutulub.
Qısa ətək, ya da şortla uyğunlaşdıra bilərsiniz.
Cıns şalvarla uyğunlaşdırmaq olar.
Dəri saçaqlı geyim dəblə ayaqlaşan xanımların ürəyincə olacaq.
Gündəlik geyim üçün gözəl seçimdir.