Artıq qış fəslini yola salırıq. Və bütün mağzalarda qış geyimlərinə endirimlər var. Növbəti qış fəsli üçün geyim almaqda çoxumuz çətinlik çəkirik. İstəyirik rahat, isti, zövqlü, dəbli, bir az da idman üslubunda olsun. Bu gün bütün arzularımızı bir az da olsa özündə cəmləyən geyimləri sizinlə bölüşmək istəyirəm. Bu geyim kombinələri bizə seçim etməkdə kömək edəcək. Buyurun birlikdə baxaq və öz seçimimizi edək. İnşAllah hər kəsin seçim edə biləcəyi geyimlər olar.
Çox gözəl və zövqlü bir seçimdir.
Rəng qarışığını sevən xanımların ürəyincə olacaq.
İş xanımlar geyimlərinə xüsusi diqqət yetirirlər. Bu dəst yəqin ki, onların ürəyincə olacaq.
Sadəliyi sevənlər, bu dəst sizin üçündür.
Tünd rənglərin üstünlük təşkil etdiyi bu dəst gözəl görünür.
Son dəblə geyinməyi sevənlər üçün.
İş xanımları üçün çox rahat bir seçimdir.
Hər zaman dəblə geyinən xanımlar üçün uyğundur.
Qırmızı jilet bu dəstə xüsusi gözəllik qatır.
Şlyapa qoymağı sevən xanımlar üçün.
Açıq rəngli geyimləri sevən xanımlar, bu dəst ürəyinizcə olacaq.
Dolu xanımları da unutmadıq, bu dəst onlar üçün nəzərdə tutulub.