Əziz körpəli xanımlar! Bu uşaq geyimlərini sizinlə bolüşmək istərdim. Bəzi xanımlarımız bunları hörməyi bacarır. Hətta bundan da gözəlini hazırlamağı bacarırlar. Bacarmayan xanımlarımıza demək istərdim ki, əgər bunlardan toxuya bilmirsinizsə, ala bilərsiniz. Bunlardan almanızı tövsiyə edirəm, hər bir ana körpəsinin canının isti olmasını istəyər və bunlar uşaqlarınızı od kimi isti saxlayacaq. Ümid edirəm ki, bəyənəcəksiniz.
Körpə qız uşaqları üçün açıq çəhrayı rəngli jaket...Güllər də jaketə gözəllik qatıb.
Oğlan uşaqları üçün ağ rəngdə olan modern jaketdir.
Bu şirin oğlan uşağındakı jaket də qəşəngdir, elə deyilmi? Açıq bənövşəyi rəng uşaqlar üçün gözəl rəngdir.
Bu qotazlı, çəhrayı jaketin toxunuşu gözəldir.
Bu kəpənək formasındakı jaket də gözəl görünür.
Papaqla dəst olan jaket də çox qəşəngdir.
Jaketin üstündəki maraqlı şəkillər də gözəldir, elə deyilmi?
Oğlan uşaqları üçün qəhvəyi rəngdə üzəri mavi zolaqla hörülmüş jaket.
9 aylıq və ya 1 yaşlı qız uşaqları üçün.
Papaqlı jaket gözəl və şirindir.
Həm oğlan, həm də qız uşaqları üçün rəngli zolaqlı jaket və ona uyğun corablar.
Açıq bənövşəyi rəngdə qızlar üçün jaket uşağınızı qışda isti saxlayacaq.
Açıq yaşıl rəngdə papaqlı jaket.
Qız uşaqları üçün vişnəli isti jaket.