Qadin.NET / Ziyafət geyimləri

Ziyafət geyimləri

Bu gün sizə toy-nişan mərasimlərində, həmçinin özəl dəvətlərdə geyinə biləcəyimiz bir-birindən gözəl modellər təqdim edirəm. Bu modellər hər bir zövqlü xanımın seçimi ola bilər. Paltar seçimləri ilə yanaşı onlarla kombinə edə biləcəyiniz ayaqqabı, aksessuarlar, dırnaq boyaları da var. Paltarların ən çox rəngarəng olması ilə diqqəti cəlb edir. Bu ilin dəbi tünd çəhrayı, qara-gümüşü, tünd mavi və s. rənglərdir. Yəni bu kombinələr istədiyiniz modeli seçməkdə sizə kömək olacaq. 

Paltarın sinəsi ürək formasındadı, alt parça atlasdan, üstü isə naxışlı tüldən ibarətdir. Qara rənglə gümüşü rəngin uyğunluğu...

Ziyafət geyimləri

Qırmızı rəngdə olan bu kombinənin üst hissəsi tordan ibarətdir. Sinəsi isə qaşlarla bəzədilmişdir. Gümüşü rəngli aksessuarlarla çox gözəl görünər. 

Ziyafət geyimləri

Açıq mavi rəngdə olan bu paltarın çiyin hissəsi gümüşü rəngli qaşlarla dizayn edilmişdir. 

Ziyafət geyimləri

Bir çiyinli tünd qırmızı rəngli paltar... Qırmızı ayaqqabılar və parıltılı sarıya çalan çantayla uyğunlaşdırmaq olar. 

Ziyafət geyimləri

Tünd bənövşəyi rəngli geyim incə görünüşə malikdir. 

Ziyafət geyimləri

Açıq bənövşəyi rəngdə olan paltarın sinəsi yenə də bu ilin dəbi olan güpürlə örtülmüşdür. Balaca çanta və incə bilərziklə çox gözəl görünər. 

Ziyafət geyimləri

Açıq cəhrayı rəngdə olan bu gözəl donu nişanı olan xanımlar da seçə bilər. 

Ziyafət geyimləri

Açıq rəngli paltarın sinəsi üçkünc formadadır və qaşlarla dizayn edilib.

Ziyafət geyimləri

Həm rəngi, həm də forması çox gözəl görünür. Atlas parçadan hazırlanıb. Bu paltarı da nişanda geyinmək olar. 

Ziyafət geyimləri

Qara rəngli üzəri gümüşü qaşlarla tikilmiş bu paltar incə xanımların zövqüdür. 

Ziyafət geyimləri

Paltarların çoxunda sinə qaşlı olduğu üçün aksessuar seçimində diqqətli olmaq lazımdır. Əsas da boyunbağı seçimində...

18 noyabr 2013
GO BACK