Bildiyimiz kimi, qısa modeldə olan donlardan xanımlarımız çox istifadə edir. Ancaq elə xanımlarımız da var ki, qısa geyinməyi sevmirlər və yaxud da o cür geyinməyə onlara icazə verilmir. Belə xanımları nəzərə alaraq uzunluğu dizdən aşağı olan don modellərini təqdim edirəm. Buyurun baxın və siz də öz seçiminizi edin.
Bu modelin çox zərif görünüşü var. Yuxarı hissəsindəki güpürlə sadəliyinə gözəllik qatılıb. Bu modelin 4 rəngi var.
Qırmızı və ağ rəngləri də göz oxşayır.
Bu isə digər modelidir, onlardan fərqli olaraq bu modelin üst hissəsi bütünlüklə güpürdəndir.
Bu model ağ-qara rəngdədir və dolu xanımlarımızı incə göstərəcək.
Bu model sadə və zərifdir.
Bu model də sadə və zərifdir, yaxa hissəsində isə kiçik yarıqdan istifadə olunub.
Bu isə qırmızı rəngidir, bu rəngdə donun modeli daha çox üzə çıxır.
Bu modeldə isə ətək və qol ağzı hissəsində olan güpürlə donun sadəliyinə gözəllik qatılıb.
Bu model isə sadəliyi sevən xanımlarımız üçün gözəl seçim ola bilər.
Belində kəməri olan bu model də seçimləriniz arasında ola bilər.
Bu modelin qol hissəsində dəridən istifadə edilib.
Sadə və üzərində eninə cizgiləri olan bu don da çox zərif görünür.
Bu model isə bütünlüklə dəridən ibarətdir.