Hər fəslin öz geyimi olduğu kimi, qış fəslinin də ən çox geyilən geyimi paltolardır. Artıq havalar soyuduğu üçün geyimlərimiz arasında paltoların yer almasının zamanıdır. Əziz xanımlar, bunun üçün də sizlərə bu dəfəki xəbərimdə bir-birindən gözəl palto modelləri təqdim edirəm. Ümid edirəm ki, hər birinizin zövqüncə olar. Buyurun baxın.
Ağ və qara rəngdə olan bu palto modeli zərifdir. Xəz yaxalığından papaq kimi də istifadə etmək olar.
Hər rəngi olan bu modeldə ön tərəfdən funksional düymələrdən, arxa tərəfdə isə bəzək üçün qoyulan düymələrdən istifadə edilib.
Bu model də çox zərif və incədir.
Bu model də çox gözəldir.
Bu model fərqli hazırlanıb, boynunda isə tüklü yaxalıqdan istifadə edilib.
Bu model də çox gözəldir. Qışda toyu olan gəlinlərimiz də istifadə edə bilərlər.
Bu modelin yaxa hissəsi fərqlidir, önündə isə ciblərdən istifadə edilib.
Bu model də çox zərif görünür, ətək hissəsində isə güpürdən istifadə edilib.
Bu modelin isə digərindən fərqli olaraq ətək hissəsi qabarıqdır, burada da tüldən istifadə olunub.
Xəz dəridən olan palto da göz oxşayır.
Xəz dəridən olan bu modelin qol hissəsini büzməklə də istifadə edə bilərsiniz.
Bu model də belindəki kəmərlə, yaxasındakı və tək qolundakı xəz dəri ilə fərqli görünür.
Bu modeldə ön və çiyin hissəsində düymələrdən istifadə edilib və zərif görünür.
Bu modeldə isə qol hissəsində dəridən istifadə olunub və gözəl görünür.