Havalar günü-gündən daha da soyuyur. Əslində elə artıq havalar soyuyub desək daha doğru olar. Üzü qışa doğru gedirik təbii ki. Allah hamınızı soyuqdan, xəstəlikdən qorusun, eləcə də bütün balaca balaları. Amin. Balacaları da qalın, isti geyindirmək lazımdır təbii ki. Bu xəbərdə balaca qızlarımızı nəzərə alaraq, onlar üçün bir neçə gödəkçə və palto modelləri təqdim edirəm. Əziz valideyinlər, inşAllah sizin də ürəyinizcə, zövqünüzcə olar. Öncədən təşəkkürlər...
Uşaqlar üzərində cizgi film qəhrəmanları olan geyimləri daha çox xoşlayır.
Çəhrayı, kəpənəkləri olan bu palto çox gözəl seçimdi.
Qırmızı rəngin də hər zamankı kimi xüsusi gözəlliyi var. Balaca, nazlı qızlarımıza çox gözəl yaraşar.
Qara, sinəsində gülü olan bu palto necə də şirin görünür.
Göy rəngli gödəkçə da yenə sadə seçimlərdəndir.
Hər iki qırmızı rəngli bu paltolar da inşAllah zövqünüzcə olar.
Yaşılla qırmızının ahəngi zövqlü seçim olmuş, papaqla balaca xanıma çox gözəl yaraşır.