Qadin.NET / Mövsüm dəbi

Mövsüm dəbi

Artıq yarpaqlar saralıb, havalar sərinləşib və yağışlar yağmağa başlayıb. Bu, yeni mövsümün gəlişini xəbər verir. Yeni mövsümün dəbini sizinlə bölüşmək istəyirəm, əziz xanımlar.

Mövsüm dəbi

Beləliklə tünd göy, boz, qara, tünd qırmızı, tünd çəhrayı, badımcan rəngi payız-qış mövsümünün ən dəbli rəngləri olacaq.

Mövsüm dəbi
Mövsüm dəbi

Hər il olduğu kimi kostyumlar da bu mövsümün vazgeçilməzi olacaq.

Mövsüm dəbi

Şəkillərdən göründüyü kimi bu üslublar - şotland qəfəsi, timsah dərili naxışlar mövsümün dəbi olacaq. Qəfəs naxışları retro üslubunda olan paltolara, şubalara çox gözəl və dəbli görünüş verib. 

Mövsüm dəbi 
Mövsüm dəbi

Mövsümün favoritləri arasında böyük ölçülü (yəni boş model), boğazı dairəvi olan toxunma koftalar, dəri şalvarlar və dəbə uyğun naxışlı palto və pencəklərdir. Aksessuar kimi böyük həcmdə olan sırğalar (parıldayan gümüşü və qızılı rəngli), uzun və həmçinin böyük həcmli qaşları olan boyunbağılar və dizdən yuxarı çəkmələr dəbdə olacaq. 

Mövsüm dəbi

Bu mövsümdə də ağ-qara rəngin bir-biri ilə gözəl ahəngi, vaşaq, bəbir dərisindən olan naxışlar da dəbdə olacaq.

Mövsüm dəbi
Xəz olmadan yeni mövsümü təsəvvür etmək olmaz.
Mövsüm dəbi
Həmçinin bu mövsümdə xəzdən tikilmiş paltarlar da dəbdədir.
Mövsüm dəbi
Yeni mövsümdə kürklü yaxalar və boğazlarda xüsusi diqqət çəkəcək. 
Mövsüm dəbi
1 oktyabr 2013
GO BACK