Bildiyimiz kimi biz xanımlar üçün geyimlərimizin gözəlliyi və təzəliyi önəmli olduğu kimi alt geyimlərinin də gözəlliyi və təzə qalması çox önəmlidir. Əgər alt paltarlarınızın görünüşü asanlıqla pozulursa, bir neçə dəfə geyindikdən sonra öz gözəlliyini və təzəliyini itirməyə başlayırsa, demək nədəsə səhv edirsiniz. Alt paltarlarınızı daha uzun müddət istifadə etmək istəyirsinizsə, tövsiyələrimizə qulaq asın.
Bir neçə istifadədən sonra alt paltarlarınızın formasının pozulduğunu düşünürsünüzsə, onlara çox da diqqətli davranmadığınızı söyləyə bilərik. Bir neçə kiçik məsləhət vermək istəyirəm. Həm alt paltarlarınızın bədəninizə çox gözəl oturmasını təmin edə bilər, həm də ömürlərini uzada bilərsiniz.
Doğru parçanı seçin.
Elastik formalı parçalar cəzbedici ola bilər, lakin elə ilk gündən cırılma və köhnəlmə ehtimalını olduğunu unutmamalısınız. Paltarlarınızı daha uzun müddət istifadə etmək istəyirsinizsə, pambıq və tək tikişli olmalarına diqqət yetirin.
Güpürlü alt paltarlarının istifadəsi pambıqlara görə daha "çətindir". İncə paltarlarınızı hər zaman soyuq suda və əlinizdə yumanızı tövsiyə edirik. Keyfiyyətli alt paltarlarının daha uzun müddətli istifadə olunduğunu da unutmayın.
Büsthalterinizi formada saxlayın.
Büsthalteri qarışıq şəkildə şkafa qoymaq onun görünüşünə ziyandır. Qulpları arxa-arxaya gələcək şəkildə siyirmələrə düzmək lazımdır.
Büsthalterinizi çox tez yumayın.
Büsthalterinizi hər istifadədən sonra yumanıza ehtiyac yoxdur, onsuz da tez-tez yuyunursunuz. 3-4 dəfə geyindikdən sonra yumaq, büsthalterinizi daha uzun müddət istifadə etmənizi təmin edər.
Əgər büsthalterinizi əldə yuyacaqsınızsa, suyun otaq istiliyində olmasına diqqət yetirin. Yumadan əvvəl yumşalmaları üçün 30 dəqiqə sabunlu ilıq suda gözləməlisiniz. Yuduqdan sonra suyu əlinizlə sıxın və mütləq üfüqi şəkildə qurudun.
Büsthalterinizi yuyarkən yuma topu istifadə edin.
Büsthalterinizi paltar maşınında yuyacaqsınızsa, mütləq soyuq sudan istifadə edin. Mümkünsə büsthalteri yuma topuna qoyun və dairələri bir-birinə keçirməyi unutmayın. Belə etməsəniz, yuma ərzində dairələr parçaya ilişərək paltarınıza zərər verə bilər.
Hər gün eyni büsthalteri geyinməyin.
Oxşar büsthalteri üst-üstə geyərək onun istifadə müddətini qısaltdığınızı unutmayın. Çünki tər büsthalterın korlanmasına gətirib çıxarır.
Oxşar alt paltarını bir-iki gün fasilə verməklə geyinmək ən məntiqli variantdır.