Qadin.NET / Fərqli görünmək istəyən xanımlar üçün

Fərqli görünmək istəyən xanımlar üçün

Elə xanımlarımız var ki, hər gün eyni tərzdə geyinməyi xoşlamırlar və daima yenilik və fərqlilik axtarışında olurlar. Bu xəbərimdə sizlərə fərqli gündəlik geyim nümunələri paylaşacağam.
Fərqli görünmək istəyən xanımlar üçün

Qeyri-adi formada olan bu cins don qırmızı rənglə tamamlanıb. Ümumiyyətlə, cinslə uyğun gələn rənglərdən biri məhz qırmızı rəngdir. Burada çanta, sandallar, qızın saçındakı iri qırmızı bant xüsusilə fərqli görünür. Hətta dodaq boyasını da geyimi ilə tamamlayıb.

Fərqli görünmək istəyən xanımlar üçün

Ətək və köynək çox sadədir, yaşıl rəng isə bu ilin dəbdə və öndə olan rənglərindən biridir. Geyimi fərqli göstərən isə köynəyin üzərindən asılan iri ağ-qara daşlı kolyedir. Ayaqqabılar isə tamamilə klassik ayaqqabıdır. Çanta ayaqqabıya uyğun olsa da, çantanın kənarındakı naxışlar da tam fərqli görünür.

Fərqli görünmək istəyən xanımlar üçün

Hamıdan fərqli görünmək istəyirsinizsə, geniş ətəkli (trapez) şalvarlardan seçə bilərsiniz. Ağ köynək, qırmızı şalvar, göy çanta yayın rəngarəngliyini özündə əks etdirir.

Fərqli görünmək istəyən xanımlar üçün

Bəlkədə çoxunuz belə rəngarəngliyi xoşlamayacaqsınız. Amma, fərqli olmaq istəyirsinizsə rəngləri uyğunlaşdırıb geynə bilərsiniz. Çanta koftanın üzərindəki xətlərlə uyğunluq təşkil edir. Bu kombin yeniyetmə qızlara daha çox yaraşacaq.

Fərqli görünmək istəyən xanımlar üçün

Fərqli olmaq istəyirsinizsə, neon rənglərdən də istifadə edə bilərsiniz. Neon rəngli geyinmək istəsəniz, çalışın ayaqqabı və çantanız neon rənglərdən olmasın. Bu şəkildə ayaqqabı və çanta çox zövqlə seçilib.

Fərqli görünmək istəyən xanımlar üçün

Çox sadə və gözəl bir kombin yaradılıb. Qara qırmızı bəbir naxışlar isə fərqli və cazibədar görünür.

Fərqli görünmək istəyən xanımlar üçün

Özünüz üçün belə bir tərz də seçə bilərsiniz. Şort və babet ayaqqabıda daha rahat olacaqsınız. Üzərinizə jaket də ala bilərsiniz.

Fərqli görünmək istəyən xanımlar üçün

Yeniyetmə qızlar daima fərqlilik axtarışında olurlar. Belə bir kombin sizin üçün münasib ola bilər. Gündəlik bu kombində özünüzü çox rahat hiss edəcəksiniz.

30 mart 2016
GO BACK