2013-2014 payız-qış kostyumları bu il də öz rəngarəngliyi ilə aktualdır. Hər kəs öz zövqünə görə rəngi və dizaynı seçə bilər. Bu gün sizə müxtəlif tanınmış firmaların bizlərə təqdim etdiyi bir-birindən gözəl kostyumları təqdim etmək istəyirəm. Ümid edirəm ki, zövqünüzcə bir dizayn tapa biləcəksiz. Öz ideyanızı da irəli sürüb zövqünüzcə olan bir dizaynı beyninizdə yarada bilərsiniz.
Bu kostyum rəngi və dizaynı ilə həm romantik görüş, həm də ciddi bir iş yeməyi üçün də istifadə oluna bilər. Bu kostyum vilurdan hazırlanmışdır.
Bu kostyumlarda rəng işləməsi çox gözəldir. Ağla qaranın uyğunluğu və çəhrayı kostyumla narıncı köynək çox gözəl görünür.
Boyuna bağlanan şərf bu geyimi ciddi olmaqdan çıxarıb daha əyləncəli edir.
Boz rəngin mavi ilə uyğunluğu gözəl görünür.
Qısa şalvarlı kostyumlar da dəbdədir.
Ağla qaranın uyğunluğu... 1994-1995-ci illərdə bu kostyumlar dəbdə idi.
Dizdən yuxarı ətəkli kostyum insanda özünə inam hissi yaradır.
Beldə kəmər bir az dolu xanımlara daha münasibdir. Çünki dolu xanımları beli kəmərli kostyumlar və ya geyimlər daha incə göstərir.
Bu il ağ, boz, mavinin bütün tonları, qara və qəhvəyi rəngli kostyumlar daha aktual olacaq.