Bütün qadınlar gözəldir. Cəmiyyətimizdə hər kiloda qadınlar var. Bəzilərimiz elə doğuşdan kilolu, bəzilərimiz ailə qurduqda, ana olduqdan, yaş ötdükcə kilolu oluruq. Artıq stilistlər və modelyerlər də kilolu xanımlar üçün bir-birindən gözəl geyimlər hazırlayırlar. Və podiumda da kilolu manikenlər görmək çətin deyil. Çox vaxt kilolu xanımlar özləri üçün istədiyi və ya özünə yaraşanı tapa bilmir və stresə düşür. Fikirləşirlər ki, onların ölçüsündə geyim yoxdur. Mən bu gün bunun tam əksini sübut etmək üçün sizlərə kilolu xanımlar üçün hazırlanmış geyimlər və aksesuarlar təqdim etmək istəyirəm.
Kim deyir ki, kilolu xanılar açıq rənglər geyinə bilməz. Bu belə deyil.Əsas odur ki, onu qara rənglə kombinəni düzgün edilsin.
Bu geyimdə ağ geyimdə yanlara əlavə edilmiş qara rəng kilolu xanımı olduğundan incə və eleqant göstərir. Və bu geyim tam iş qadınları üçün daha əlverişlidir. Geyimə uyğun seçilmiş çanta və üz quruluşuna uyğun eynək.
Ağla qaranın birləşməsində daha bir geyim. İncə ayaqqabı və açıq qəhvəyi çanta ilə məncə çox qəşəng görünür.
Narıncı, ətəyi valanlı kofta ilə ağ qısa şalvar da çox gözəl görünür. Onlara uyğun ayaqqabı və bilərzik
İş qadınları üçün mükəmməl geyim. Narıncı rəng üst geyimi rəngarəngliyi sevən xanımların qəlbini oxşayacaq.
Ağla qaranın bir kombinəsi daha. Şahmat stilində çanta
Rəngarəngliyi sevən xanımlar üçün donlar
İdman üslubunda geyinən xanımlar üçün
Atlasdan olan bu geyimlər yaxalığı valanlı və assimetrikliyi ilə diqqəti cəlb edir
Bu geyimlər hər biri biri-birindən gözəldir
Güpürdən olan qısa donlar kilolu xanımlara çox yaraşacaq. Sinəsi üçbucaq olan bu geyimlər kilolu xanımları daha incə görsədir
Dördbucaq kəsilmiş yaxa bəzən kilolu xanımları daha da kilolu göstərir. Lakin sinədən aşağıda kəsilmiş və incə bağlanmış bu geyim rəngli olmağına baxmayaraq çox gözəldi