Əziz Qadın.Netlilər, biz xanımlar geyindiyimiz geyimlərin özümüzə yaraşıb-yaraşmadığına önəm verdiyimiz kimi, onların rənglərinin də bir-birinə uyğun olmasına da diqqət edirik. Bu bizim üçün daha çox önəm daşıyır. Yay fəslinin əlvan rənglərinin necə bir-birinə uyğun olduğunu sizlərlə tanış edəcəm.
Burada açıq rəng tonlarından seçilmiş və bir-birinə uyğun rənglərdən istifadə olunmuşdur.
Bu ilin dəbi moruğu rəngdə olan güpür paltar və ona uyğunlaşdırılmış açıq şabalıdı rəngdə çanta və ayaqqabıdır.
Qara rəngi demək olar ki, bütün rənglərlə uyğunlaşdırmaq olar. Yenə qara tünd, yaşıl və boz rənglərdən istifadə olunaraq gözəl geyim kombinasiyası yaradılmışdır.
Göy rəngdə olan cins istər qara, istərsə də ağ rənglə çox gözəl görünüş yaradır.
Bu ilin dəbi olan qısa şalvar və üzərinə pencək, yenədə yay əhval-ruhiyyəsinə uyğun açıq tonlardan istifadə olunmuşdur.
Burada isə şalvar və ayaqqabı ikisi birlikdə çanta ilə uyğunlaşdırılmışdır.
Narıncı rəngdə olan altdan qısa, üzəri isə şifon parçadan olan uzun bir ətək və ona uyğunlaşdırılmış yaxası düyməli bir köynək çox gözəl görünür.
Biz xanımlar adət etmişik ki, çanta və ayaqqabı eyni rəngdə olmalıdır. Çantanı fərqi rəngdə götürüb, ayaqqabı ilə başqa bir aksesuar uyğunlaşdıra bilərik. Seçdiyimiz şal ayaqqabı ilə uyğunlaşdırılıb.
Yay fəslinin əvəzolunmaz rəngləri. Çox gözəl uyğunluq yaradır.