Bu il qarışıq rənglər dəbdə olduğu üçün üzərimizə geydiyimiz hər bir geyim və aksessuar müxtəlif rənglərdə olur və çox gözəl də görünür. Belə rəngarəng geyimlər yay fəslinin əvəzolunmaz geyimləridir.
Bu uzun paltarın rəngləri adamın zövqünə oxşayır. Ayaqqabı və çanta isə paltarın rənginə uyğun seçilmişdir.
Bildiyimiz kimi bu il dəmir detallı geyimlər, ayaqqabı və çantalar dəbdədir. Burada da ayaqqabı və çanta da dəmir detalı özünü biruzə verir.
Altı güpur, üstü şifon parçadan və 2013-cü ilin dəbli rənglərindən olan köynək və mavi şalvar və çanta ilə kombinə edilmişdir.
Burada da rəngarəng geyimlər bir-birinə uyğun şəkildə kombinə edilmişdir.
Bu açıq sarı rəngdə olan tulum çəhrayı rəngdə olan çanta ilə gözəl şəkildə uyğunlaşdırılmışdır.
Köynək, ayaqqabı çanta və ətək bir-birilərinə uyğun şəkildə seçilmişdir.
Bu geyimdən ziyafətə gedərkən belə istifadə edə bilərsiniz.
Bu geyim də gündəlik geyim üçün çox gözəl seçimdir.