Biz xanımlar, evdən bayıra çıxarkən özümüzə diqqət etməyi çox sevirik. Buna görə də sizə biri-birindən gözəl və dəbli kombinə edilmiş geyimlər təqdim etmək istəyirəm.Yayın rəngarəngliklərini özündə əks etdirən bu geyimlərə buyurun siz də baxın.
Ağ rəngdə və üzəri xırda al-əlvan güllərdən ibarət olan bu don elə özünə uyğun ayaqqabı və çanta ilə uyğunlaşdırılmışdır.
Hər zaman öz aktuallığını qoruyub saxlayan cins, bu il də gözdən qaçmır.
Bu il bildiyimiz kimi allı-güllü şalvarlar dəbdədir, belə şalvarların üzərinə sadə bir az boş və birrəng köynəklər geyinmək dəbli görünür.
Bu geyim də çox gözəldir və ayaqqabı ilə gözəl şəkildə uyğunlaşdırılmışdır.
Yenə də qısa bir cins ətək və kombinasiya edilmiş gözəl bir yay köynəyi.
2012-2013-cü illərdə dəbdə olan çox gözəl bir tulum.Üzəri açıq sarı tonlarında olan qısa bir jaket və onlara uyğun ayaqqabı, çanta.
Yenə də sadə, rahat gündəlik geyim kombinasiyası. Burada da hər bir geyim çox zövqlə seçilmişdir.
Bu geyim 17-18 yaşlı qızlarımız üçün daha uyğundur.
Bu geyim kombinasiyasından isə toya, ziyafətə gedərkən belə istifadə edə bilərsiniz.
Sonda hər bir xanıma dəblə ayaqlaşmagı tövsiyyə edirəm.