Kəmər, diqqətə çarpan bir bel xəttiniz olmasa belə o bölgəni vurğulayacaq və belinizi olduğundan daha incə göstərəcək bir aksesuardır. Bol bir paltar ya da böyük boy bir kofta içərisində belə belinizi vurğulamaq istəyirsinizsə qarderobunuzdan mütləq kəmər üçün yer açmalısınız. Bu mövsüm xüsusilə metal kəmərlər moddadır, nəzərinizdə qalsın.
Peplum Paltarlar
Peplum paltarlar uzun müddətdir aramızdadır və hələ də populyardır. Bu üstünlüyü istifadə edin! Peplum ətraflı şalvar və paltarlar geymək, belinizi vurğulamaq və daha incə bir bel görüntüsü yaratmaq üçün böyük bir yoldur.
Zəng formalı Ətəkləri Unutmayın
Bel qismi dar, ətək qismi aşağıya doğru genişlənən zəng formalı ətəklər bir başqa möcüzə alternativdir! Bel qismi ətəyin alt qisminə nisbətlə dar qaldığı üçün istədiyiniz incə bel görünüşünü əldə etmənizi təmin edər.
Kəmərli V Yaka Paltarlar
Wrap dress deyə adlandırılan V yaxalı, beli kəmərli paltar modeli az qala bütün bədən tiplərinə uyğun olduğu üçün möcüzə paltar deyə də adlanır. Bədəninizi zərif bir şəkildə sarar, xəttlərinizi ortaya çıxarar, feminen bir görünüş təmin edər. Ən əhəmiyyətlisi də belinizi vurğulayaraq sizi daha incə göstərər!
Üst geyimi ətəyin içərisinə salın
Bir digər işə yarayan tövsiyyə isə şalvar yada ətəyinizin içinə salmalısınız. Burada diqqət yetirməniz lazım olan nöqtə ətəyin yada köynəyin ətəyinin bol olmaması. Əks halda belinizdə istəmədiyiniz kilolu bir görünüşə səbəb ola bilərsiniz. Buna diqqət edərək belinizi incə göstərmək mümkündür.