Qadin.NET / Balaca gəlinliklər

Balaca gəlinliklər

Salam, Qadin.Netli istifadəçiləri! Bu mənim ilk xəbərimdir, ümid edirəm ki bəyənərsiniz. İlk xəbərimi balaca qızlarımıza həsr etmişəm. Xalasının, bibisinin toyuna hazırlaşan balaca qızlarımız xala-bibisi kimi gəlinlik geyinmək istəyirlər. Eynən mənim bacım qızı kimi. Bundan ilhamlanaraq belə bir xəbər hazırlamaq fikrinə düşdüm.
Bu çəhrayı rəngə çalan gəlinlik mənim çox xoşuma gəldi. Hətta gəlnin fatası və özünə uyğun çantası var.
Belindən qırmızı lentlə bağlanmış və qırmızı güllərlə bəzədilmiş bu geyim də çox gözəldir, balaca qızların bu geyimdən ötrü lap ürəyi gedəcək.love

Bəyaz rəngli bu gəlinlik məncə hamının xoşuna gələr. Üzərindəki güllər və qızın saçına taxdığı gül gəlinliyə ayrı bir gözəllik verir.

Bu qabarıq formada olan gəlinlik də məncə hamının ürəyincə olacaq, hələ balacaları demirəm. mocking

Belinə bağlanmış lentlə bəzədilən bu gəlinlikdə qızlarımız özlərini əsl gəlin kimi hiss edəcəklər.

Ətəyi büzməli, azca qabarıq olan bu geyim necə də gözəldir... Geyimin üstündəki güllərlə də qızın saçına taxdığı çiçəklər bir-birinə çox uyğundur.

Ətək hissəsi tüllərlə bəzədilmiş, bir az da çəhrayı rəngə çalan bu gəlinlik çox gözəl görsənir.

Çox gözəl rəngə malik, boyundan bağlamalı ətəyi qat-qat tüldən olan qabarıq gəlinlikdə qızlarımız özlərini nağıllardakı kimi hiss edəcəklər.

Sadə tikilişə malik olub uzun arxası, uzun quyruqlu və əl işləriylə bəzədilmiş bu gəlinlik hamının zövqünü oxşayacaq bir gözəlliyə malikdir.

Çəhrayı rəng çalarlarından ibarət, yuxarı hissəsi qaşlarla bəzədilən bu gəlinlik də zövq oxşayır.

İnşaAllah mənim kimi sizlər də gözəl gəlinlikləri bəyəndiniz. Uşaqlıqdan hər birimizin ən böyük arzusu gəlinlik geyinməkdir. Allah hamını arzusuna çatdırsın. Amin. girl_ang

12 iyun 2013
GO BACK