Əziz xanımlar, bu il ilan ili olduğu üçün modelyerlər daha çox parıltılı və rəngarəng geyimlərə üstünlük veriblər. Bu il yaz-yay geyimləri öz rəngarəngliyi və cazibədarlığı ilə göz oxşayacaq. Fərqi yoxdur uzun, mini və ya midi ətəklər. Kim hansı stili sevir və yaraşır onu seçə bilər. Əsas odur ki, çox abartılmamış geyimlər olmasın. Əsl dəb insana yaraşandır. Modelyerlər bizlərə yalnızca fikirlər verirlər.
Bizə yaraşanı biz özümüz təyin etməliyik. Bu yolda hamımıza uğurlar diləyirəm.
Mavi və yaşıl rəngli paltarlar bu il də dəbdədir. Bu rənglərin sayəsində bu paltarlar həmişə təzə görünür.
İspan modası, açıq çiyinlər və "uçuşan" ətəklər 2013-cü ilin ən aktual geyim növüdür.
Roberto Cavallidən olan bu geyimlər 2013-cü ilin yaz-yay geyimlərinin rəngarəng və göz oxşayan olacağından xəbər verir.
Mini və ya midi modellər bu il də aktualdır.
Qısa ətəkli və valanlı modellər... Həm incə, həm də kök qadınlara yaraşır.
Yaz fəslinin gözəlliyini özündə əks etdirən güllü parçalardan tikilən donlar hər bir xanımın zövqünü oxşayacaq.
İşgüzar və karyera sahibi xanımlara aid geyim modelləri.
Bəs sizin seçiminiz nədir, gözəl xanımlar? Ümid edirəm ki, bəyəndiniz.