Dünyanın ən məşhur modelyerləri artıq 2013-cü ilin dəbini hazırlayıb qadınlara təqdim ediblər. Bu il gündəlik və gecə geyimləri çox ecazkar və rahat olacaq.
Bu il ilan ili olduğu üçün qızılı və gümüşü rəngli parıltılı geyimlər daha çox aktualdır.
Yenə də ilan dərisinə bənzər gündəlik geyim.
Gözəl mərasim geyimləri. Üçkünc yaxalı geyim daha çox kök xanımlar üçün əlverişlidir. Bu cür geyimlər kök qadınları daha zərif göstərir.
Rəngarəng geyimlər bu il də öz aktuallığını qorumaqdadır.
Qara və güpur bu ilin vaz keçilməzlərindəndir.
Mərasim və müxtəlif tədbirlər üçün olan modellər.
Sarı bu il də öz aktuallığını qoruyur və müxtəlif mərasimlərdə geyinilə biləcək bir libas...
Svarovski və başqa qaşlarla bəzədilmiş geyimlər... Daş-qaşlı geyimləri sevən xanımlar üçün ideal seçimlərdir.
Yuxarı hissəsi asimmetrik olan geyimlər... Bu stildə geyimlər uzun olanda daha valehedici görsənir.
Qolu tökülən və valanlı mərasim geyimiəri.
Qolu bu stildə olan geyimlər toy mərasimləri üçün daha əlverişlidir.
Sonda isə, əziz xanımlar, sizə həmişə gözəl və baxımlı olmaq arzu edirəm.