Qadin.NET / Yay üçün şərflər

Yay üçün şərflər

     Yay fəslində şəhərdə hər cür geyim tərzində, müxtəlif rənglərdə geyinmiş xanımlara rast gəlmək olur. Kimisi idman stilində, kimisi klassik tərzdə, kimisi qarışıq tərzə üstünlük verir. Bəzi xanımlarımız isə tamamilə fərqli tərzdə geyinməyi, qeyri-adi görünməyi istəyirlər. Yay fəslində şərf asmaq bir çox xanımımıza qəribə görünsə də,  bu tərzdə geyinməyi sevən xanımlarımız da var. Bu xəbərimdə sizlərə yay üçün şərf modelləri paylaşmaq istəyirəm. Buyurun!

Tamamilə fərqli bir geyim tərzidir. Qısa şort və qolsuz köynək. Mavi şərf xüsusilə gözəl görünür. Mavi rəngli çanta ilə uyğunlaşdırılıb.

Çəhrayı qarışıq güllü ipəkdən olan şərf. İpək parça sizi isti günlərdə sərin saxlayar.

Yay üçün şərflər

Bu şərflər hər cür geyim tərzi ilə uyğun ola bilər..

Yay üçün şərflər

Qarışıq güllü və yumşaq parçadan tiklimiş şərf. Qolsuz köynəklə çiyninizə də ata bilərsiniz.

Yay üçün şərflər

 Bu isə tam fərqli bir modeldir. Bu şərf daha çox yeniyetmə qızlar üçündür.

Leopar parça hər zaman dəbdədir. Zərif parlaq parça çox cazibədar görünür.

Həm rəng baxımından, həm də üzərindəki güllər naxışlar yay fəslinin göstəricisidir sanki. Şərfin kənarındakı saçaqlar daha da gözəl görünür. Bu il bu rəng dəbdə olacaq.

Yay üçün şərflər

Nazik tül parçadan olan şərf. Sadəcə zərif və sadə.

Yay üçün şərflər

Bunlar isə nisbətən uzun şərf modelləridir. Çəhrayı və bənövşəyi rəng geyiminizi daha da tamamlayacaq.

Açıq rəngli paltarla bu şərf çox gözəl görünəcək.

Çalışın hər zaman gözəl, dəbli, eyni zamanda sadə və bədəninizi naməhrəmlərdən qoruya biləcək geyimlərə üstünlük verəsiniz!

25 may 2013
GO BACK