Qadin.NET / 2013-cü il məzun gecəsi paltarları

2013-cü il məzun gecəsi paltarları

2013-cü il məzun gecəsi paltarları

2013-ci ilin gəlməsi ilə bərabər moda dünyasında da inkişafın getdiyini söyləyə bilərik. Belə ki 2013-ci ildə məktəb məzunu olacaq gənc xanımlar üçün "Məzun gecəsi paltarları-2013" kolleksiyasını sizə təqdim etmək istəyirik. İllərdir zəhmət çəkərək oxuduğunuz və müvəffəqiyyətlə bitirdiyiniz məktəbə gözəl bir şəkildə vida etmək və yoldaşlarınız arasında ən gözəl məzun olmaq istəyirsinizsə, 2013-cü il məzun paltarlarını və ən gözəl modelləri araşdıra bilərsiniz.

2013-cü il məzun gecəsi paltarları
Necə bir məzun geyimi almalısınız?                                                                           

-Alacağınız məzun gecəsi paltarı öz geyim tərzinizə görə rəngarəng və ya sadə ola bilər;

-Məzun gecəsi paltarınızın çox cazibədar olmasını istəmirsinizsə, sadə rənglərin yanında parlaq modellərə üstünlük verməlisiniz. Həm sadə, həm də parlaq bir gecə geyimi sizi  daha da gözəl göstərə bilər.

2013-cü il məzun gecəsi paltarları

-Alacağınız paltarın olduqca bəzəkli olmamasına diqqət yetirin. Çox bəzəkli bir paltar rahat hərəkət etmənizə maneə törədəcək.

2013-ci ildə gənc qızların məzun gecələrində ən çox ayaqqabılar öndə durur. Şübhəsiz ki önü qısa paltarlar da düzgün olar. Həm qəşəng, həm də zərif görsənən, önü qısa, arxası uzun paltar ilə gecəyə möhür vurmaq mümkündür.

2013-cü il məzun gecəsi paltarları

Önü qısa, arxası uzun paltar seçimi edəcəksinizsə, mütləq dikdaban bir ayaqqabı geyinməlisiniz. Paltarınızın yaxşı görünməsini istəyirsinizsə, belə bir ayaqqabı seçimi vacibdir.

2013-cü il məzun gecəsi paltarları

Önü qısa, arxası uzun paltarların yanında 2013-ci ildə qabarıq gecə modelləri də olduqca diqqət çəkicidir. Son dövrlərdə yalnız qadınlar deyil, gənc xanımlar tərəfindən də diqqət çəkən qabarıq gecə modelləri ilə məzun gecəsində gözəl bir görünüş nümayiş etdirə bilərsiniz.

2013-cü il məzun gecəsi paltarları
 
2013-cü il məzun gecəsi paltarları

Gözəl və estetik görünmək və eyni zamanda diqqət çəkmək fikriniz varsa, gözəl və sadə bəzək əşyalarını gecə paltarınıza uyğunlaşdıra bilərsiniz.

2013-cü il məzun gecəsi paltarları
Ümid edirəm ki, zövqünüzə uyğun seçimlər təqdim etdim.
16 may 2013
GO BACK