Bu gün mən sizə şəxsən mənim heç bir zaman vaz keçə bilməyəcəyim ağ-qara tendensiyasını təqdim edəcəm. Bildiyiniz kimi, bu il həm də ağ-qara zolaqlı geyimlər dəbdədir. Ancaq onları düzgün uyğunlaşdırdıqda daha zövqlü görsənə bilər. Ağ-qara rənglər deyərdim ki, həm də zərifliyin göstəricisi ola bilər.
Gördüyünüz bu libas əyində çox şıq görünə bilər. Ona uyğun seçilmiş zərif aksessuarlar onu daha da gözəl tamamlayır.
Bu isə daha çox yuxarda qeyd etdiyim şıq üslubu xarakterizə edə bilər. Louis Vuitton çanta və Pradan brendinin bizə təqdim etdiyi eynək xüsusi ilə vurğulanmalıdır.
Gördüyünüz kimi, burada bu ilin trendi sayılan ağ-qara zolaqlı geyimlərə yer ayırdım. Heç vaxt 2 zolaqlı (məsələn, həm köynək, həm şalvar) geyimi sintez etməyin. Daha zövqlü görsənmək istəyirsinizsə, o zaman ya şalvarı, ya ətəyi, ya da ancaq pencəyi və ya hər hansı bir zolaqlı aksessuarı geyimdə ayıra bilərsiniz.
Ağ-qara sintezi üçün makiyaj və saç formalarını seçərkən yenə də daha çox sadəliyə və təbiiliyə yer ayıracağıq. Və sonda günün ətri yaz və yay ayları üçün xüsusi ilə vurğulanan yeni brend Boss Nuit...