Bu gün sizin üçün təqdim edəcəyim geyim dəstləri bir neçə yaz fəslinə uyğun olan gündəlik geyimlərdir. Daha çox sadə tonlara üstünlük verilmişdir. Bu da məhz bahar ovqatını oxşayan rəng çalarları olacaqdır. Təbii ki, məhz yaz fəslinə uyğun olan, geyiminizi tamamlayacaq incə qoxulu ətirlərdən istifadə də öz yerində olmalıdır.
Bu il də dama-dama köynəklər dəbdədir. Odur ki, bu dəst heç də pis görünmür. Hər şey zövqlə uyğunlaşdırılıb.
Gördüyünüz kimi, daha çox rahat geyinilə biləcək cins şalvarlara, hündür olmayan ayaqqabılara, xüsusilə baletkalara üstünlük verilir. Aksessuarlar çox parıltılı olmamalıdır və ölçüsü də böyük seçilməsə daha zövqlü görünər. Geyimlər sadə və gündəlik olduğu üçün makiyaj da minimum olmalıdır. Saç düzümünü də geyimə uyğun yığmaq olar, daha çox hörüklə yığılmış və ya dağınıq bir saç məsləhət görülür.
Çantalar da həmçinin qadınların əsas aksessuraları olaraq qalır. Düzgün çanta seçimi qadının geyimini tamamlayır və ona daha da yaraşıq verir. Aşağıda təqdim edilən müxtəlif rəngli çanta modelləri bir çoxlarının xoşuma gələ bilər.