Qadin.NET / Kalqotkalar

Kalqotkalar

Əziz xanımlar, biz soyuq aylarda kalqotkalardan istifadə edirik. Ətək geyindikdə isə gözəl görünməsi üçün onları daha diqqətlə seçirik. Kalqotkaları əsasən ətəklə və yaz aylarında şortla geyinirik. Bəzəkli kalqotkalardan ziyafət geyimlərində də istifadə edirik. İndi onların müxtəlif rəngliləri, parıltılıları dəbdədir. Siz istədiyiniz rəngli kalqotkaları çox asanlıqla əldə edə bilərsiz. Bu xəbərdə sizə hər stilə uyğun kalqotkaları təqdim edirəm. Özünüzə uyğun olanını seçin və alın.

Bu cür kalqotkanı qara ziyafət geyimi ilə geyinsəniz, gözəl görünər. Qısa cins ətəklə də geyinmək olar.
Belə kalqotkaları yalnız qara ziyafət geyimi ilə geyinmək uyğun olar. 
Çox maraqlı kalqotkadır. Üstündəkı balaca bantları gözəl görünür. Qara ətəklə və qara qısa donla gözəl görünər.
Maraqlı kalqotkadır..Sadə qara ətəklə geyinsəniz, yaxşı olar.
Qalın, qəhvəyi rəngdə olan bu kalqotkanın dizlərinin üstü qaşlarla bəzədilib. Cins ətəklə gözəl görünür.
Torlu kalqotkanı qara sadə ətəklə geyinsəniz gözəl görünüş əldə edərsiniz.
Açıq boz rəngində olan üstündə naxışlı kalqotkalar sizin ayaqlarınızı daha cazibədar edər. Cins və boz ətəklə gözəl görünər.
Pələng dərisi kimi olan bu kalqotka əsasən tünd rəngli ətəklərlə gözəl görünər.
Bu kalqotka tünd göy rəngindədir. Üstündəki bəzəklər çox incədir. Tünd rəngli ətəklərlə gözəl görünər. 
İlan dərisinə oxşayan bu kalqotka gənc qızların sevimli geyiminə çevrilə bilər. Bunlar gündəlik geyindiyiniz don və ya ətəklə sizi cazibədar göstərəcək.
Tünd qəhvəyi rəngindədir. Üstündə paxlava şəklində naxışlar var.Cins ətəklə geyinsəz yaxşı olar.
Maraqlı naxışlara malik kalqotkadır. Mavi rəngli naxışları çox incə görünür. Qısa şortla geyinmək olar.
Qeyri-adi modellərdən biridir. Qara klassik şortla gözəl görünüş əldə edə bilərsiniz. 
Qara rəngli, ağ xallı bu kalqotka bəyəndiyim modellərdən biridir. Qara sadə ətəklə və qısa şortla gözəl görünər.
Bəzəyini göstərmək üçün qısa şort, ya da qısa cins ətəklə geyinsəniz çox gözəl görünərsiz.
Göy rəngli, üstündə ağ ulduzları olan bu model bəyəndiklərimin arasındadır. Belə corabları ya öz rəngində, ya da cins ətəklə geyinin. 
2 aprel 2013
GO BACK