Qadin.NET / Dünyanın ən maraqlı qiyafətləri

Dünyanın ən maraqlı qiyafətləri

Bayramla əlaqədar geyimimizə fikir verdiyimiz bu günlərdə sizinlə maraqlı qiyafətləri paylaşmaq istədim. Hər birinə böyük əmək sərf edilib, bəs siz necə qiymət verirsiniz bu əməyə?

 

9. Qab süngərindən qiyafət

Məncə bu paltar vasvası xanımlar üçün hazırlanıb. Bu qiyafət həmişə təmizlik işlərini görməyi düşünən və bunu bir növ ən əsas vəzifəsi  hesab edən  qadınlar  üçün nəzərdə tutulub.

 

8. Şardan düzəldilmiş geyim

 Şardan düzəldimiş oyncaqlara təəccüb edərkən bu geyimi görüb lap təəccüblənəcəyik. Bu  donu geyinəndən sonra qaçanda şarlar bir-birinə dəyib partlasa nə gözəl olar, elə deyilmi?! lol  Bəs şarlar tət-tək partlasa nə olacaq, bir təsəvvür edin. yahoo

 

7. Zirehdən olan qiyafət

 

Bəzən qiyafətlər insana çox ağır gəlir, sanki sıxıntı verir, üzərimizdə daşıya bilmirik. 

Zirehli geyimi görüncə eynilə həmin hisslər keçdi ağlımdan. Hələ modelin qoluna çanta da asıblar lol  sanki  bazara-dükana gedirmiş kimi. Bu geyim özünü qorumağa yaxşı yarayar.

 

6. Tərəvəzdən don

 

Tərəvəz gözəli seçilən bu qızın kostyumuna bir baxın. Aydın şəkildə görünür ki, üstündə yalnız acı bibərlərdir, arada o bibərdən birini yesə necə?!  mocking

 

5. Çırpma telindən qiyafət

 

Hər halda saatlarla düşünsəydim ağlıma belə bir geyim gəlməzdi. Bu qiyafətlə necə oturmaq olar, siz deyin, əzin qadin.netlilər. lol

 

4. Şüşə qapağından don

Bir ara şüşə qapağından çilçıraq və stol görmüşdüm, həqiqətən gözəl idi. Amma bu don bir az qəribə görünür, elə deyilmi?!  Hətta paltarın qırışları da göz qabağındadır. Kim düzəltmişsə, çox uğurlu alınıb.  love

 

3. “Uşaq” gəlinciklərindən geyim

Dünyanın ən maraqlı qiyafətləri

Uşaqlar böyüdü və köhnə uşaq gəlinciklərini atmamısınız və evdə artıq yer tutur? Atmayın! Onlardan maraqlı geyimlər düzəldə bilərsiniz.  Amma deyirəm bir az da qorxuldur həə? 

 

2. Puldan olan qiyafət

 

Puldan qiyafəti düzəldən insan deyəsən bir az varlıdır. O qədər pulu bir geyim üçün  həsr edib.  Təsəvvür edin, mağazaya gedib satıcıya ” Nə qədər oldu hesab, üstümdən götürün, qalan pulu da verin, aksessuar düzəldəcəm” deməyiniz nə qədər gülüş doğurur?! mocking

 

1. Ətdən olan geyim

 

Lady Gaganın hər cürə  geyimi  bu siyahıda yer almağa layiqdir. Ətdən olan geyimi ilə mükafatları toplarkən bir həftə boyu  xəbərlər başlıqlarından düşmədi. 

  

Həyat qəribəliklərlə doludur, elə deyilmi?! smile 

17 aprel 2013
GO BACK