Əziz xanımlar, tək parçadan tikilmiş tulumlar son zamanlarda xanımlar tərəfindən sıx-sıx geyinilməyə başlanmışdır. Tulumların ən böyük özəlliyi tək parçadan tikilməsi və rahat olmasıdır. Onların da çeşidləri çoxdur. Bəzi tulumlar qısa bəziləri isə uzun olur. Tulumlar sadəcə xanımlar üçün deyil, eyni zamanda uşaqlar üçündə var. Rahat geyimdir ancaq xanımların gözdən qaçırmaması gərəkən bir neçə şey var. Yerişi düzgün olan xanımlar tulum geyinsələr çox gözəl görünərlər. Kilolu xanımlara tulum çox da yaraşmaz. Ucaboy xanımlarda da tulum çox gözəl durur, amma alçaqboy xanımlar şort tulum geyinsələr daha yaxşı olar. buyurun baxa bilərsiz:
Qeyri-adi modeldir. Rəngi və biçimi çox gözəldir.
Üstündəki naxışlar çox maraqlıdır. Rəngi də gözəldir.
Qarışıq rənglidir, amma gözəldir. Dekaltedir. Bilirəm xanımlarımız gündəlikdə dekalte geyinmir, amma görmənizi istədim.
İki model verilib. Hər ikisi çox gözəldir. Biri qara, digəri isə qızılı rəngdədir. Zövqləri oxşayır sanki.
Fərqli modeldir. Şalvarının ətəyi getdikcə darlaşır.
Tüldən tikilib. Ucaboy xanımlar geyinərsə çox gözəl yaraşar. Tünd göy rənglidi. Gündəlik deyil.
Dörd model verilib. Hər biri ayrılıqda çox gözəldir.
Rəngi çox gözəldir. Şalvarının ətəyi çox genişdir. Mənə elə gəlir ki, hər biriniz bəyənəcəksiniz.
Bu modelin də şalvarı çox genişdir.Tund göy rənglidi və naxışları incədi. Sanki səmanı və ulduzları xatırladır.
Tünd göy rəngdə olması ona daha da gözəllik verir. Şalvarı getdikcə darlaşır və azca qatlanıb.
Al qırmızı rəngdədir. Bu modeli ucaboy xanımlar geyinsələr çox gözəl görünər.