Qadin.NET / 2013-cü ilin yeni dəbi

2013-cü ilin yeni dəbi

2013-cü ilin yeni dəbi

    Bu gün sizə yeni dəbdə olan qara-ağ xətli şalvarlardan danışacam. Bu  formalı rənglərdə qara və ağ  şalvarlar səhnədən küçələrə ən sürətli enən parçalardan oldu. Bu rəngləri bahar aylarına doğru daha sıx görəcəyimizi düşünürəm. "İdman və gözəllik" olaraq adlandıra biləcəyimiz bu dəbi, hündürdaban ayaqqabılarla cəlbedici bir kombinə, idman ayaqqabıları ilə gündəlik bir kombinə edə bilərsiniz. Daha çox blazer ya da "boyfriend" deyilən pencəklərlə gözəl, sadə, amma təəccübləndirici bir kombinə meydana gətirə bilərsiniz. İlk anlarda küçə modasıyla tanınsa da, bu rənglər bütün markalarda yerini aldı. Düzünə qalsa qara, ağ xətlərin olması parçanın üstünlüklərindən biridir. Daha uzun və daha zərif görünmək üçün bu geyimdən istifadə edə bilərsiniz.

2013-cü ilin yeni dəbi
Gördüyümüz bu üçlükdə qara dəri pencəklə, qısa şalvar və hündür, burnu iti ayaqqabıyla konbinə edilib. Qırmızı, balaca çanta və qara sadə şərf onu daha da maraqlı göstərir. 2 -ci şəkil də xəzli, dəri pencəkyapışan formalı şalvar və düz  hündür ayaqqabıdan dəbli istifadə olunub. 3-cü şəkildə yay təsiri bağışlayan sadə ağ köynək, səndəl, qara böyük çanta, qara eynək və köynəyin düymələri rəngində olan qızılı aksessuarlarla yaxşı konbinə edilib.
2013-cü ilin yeni dəbi
Növbəti üçlükdə birinci gördüyümüz şəkildə tamamilə qara geyimlərlə konbinə edilib. Qara uzun köynək, uzun pencək, yerlə olan çəkmələr və qara eynəklə tamamlanmışdır. 2-ci şəkildə çox hündür yay ayaqqabısı, qısa ağ köynək şalvarın içinə salınmışdır. 3-cü şəkildə də eyniylə qara çiyinli köynəklə, qara çəkməylə dəbli bir görünüş verilib.
2013-cü ilin yeni dəbi
Bu üçlükdə isə birinci üçlüyə nəzər salsaq görərik ki, əksinə olaraq qısa pencək uzun palto ilə əvəz olunub, qara ayaqqabıyla eynilə həmin ayaqqabının ağ forması istifadə olunub və böyük çanta buna gözəllik qatır. 2-ci şəkil isə mənim ən çox sevdiyim stildir-qara şlyapa, mavi, uzun jaket, boz idman ayaqqabısı və yapışan, dar formalı ağ-qara şalvar geyimi daha da gözəlləşdirib. 3-cü şəkil də isə tamimilə fərqli stil ...xaki rəngində qısa, dar pencək, dəbdə olan bu şalvarın enli forması və qara böyük çanta gözəl  tamamlanıb.
Yuxarıda gördüyümüz kimi, bu şalvarla bağlı bütün konbinələrdə qara və ağ çoxluq təşkil edilir.
2 mart 2013
GO BACK