Qadin.NET / Bədən tipinə görə boğazlı koftanı necə seçməli?

Bədən tipinə görə boğazlı koftanı necə seçməli?

Biz xanımlar alış-veriş etməyi, hər zaman gözəl və zövqlü geyinməyi çox sevirik. Buna görə də geyim seçərkən ilk öncə bədən quruluşunu, dəri rəngini nəzərə almaq lazımdır.Soyuq fəsillərdə əksər xanımlar geyimləri arasında boğazlı koftalara da yer ayırırlar. Lakin hər bir xanımın bədən quruluşu fərqli olduğu üçün koftaları da bədən quruluşuna uyğun seçmək lazımdır. Bəs boğazlı kofta alarkən onları bədən quruluşumuza uyğun seçməyi bacarırıqmı? Əziz xanımlar, bu haqda öyrənmək istəyirsinizsə, xəbəri diqqətlə oxuyun. 

Bədən tipinə görə boğazlı koftanı necə seçməli?

 Soyuq qış günlərində ən çox seçilən geyimlərdən biri boğazlı koftalardır. Havalar soyumağa başladığı anda vitrinlərdə görünməyə başlayan boğazlı koftalar bəzən görünüşləri ilə belə insanın içini qızdırır. Hər il qış modası dəyişsə də, boğazlı koftalar daim vitrinlərdəki yerini qoruyur. Modellərdə bəzi kiçik dəyişikliklər olur, əlbəttə ki. Xüsusilə rəng mövzusunda hər ilin modasına uyğun tonlarda fərqli alternativlər təqdim edilir. Bir başqa dəyişiklik də boğazlı koftaların boyun hissəsində olur. Əvvəllər qısa boğazlı koftalar daha çox seçilərkən, hal-hazırda tunik bənzəri uzun boğazlı koftalara daha çox rast gəlirik. Dar  şalvar və retuzların üzərində son dərəcə qəşəng görünən bu uzun boğazlı koftalar bəzən eyni rəngdə bir kəmər ilə daha qəşəng bir görünüşə malik olur. Bəzən isə bu uzun boğazlı koftalara idman forması vermək üçün ciblər əlavə olunur.Onu da qeyd edim ki, boğazlı kofta geyib saçlarınızı açıq buraxaraq boyunuzu olduğundan qısa, saçınızı at quyruğu ya da topuz yığaraq isə incə uzun bir boyuna sahib ola bilərsiniz. 

Bədən tipinə görə boğazlı koftanı necə seçməli?

Hündürboylu və incə xanımlar

Nazik kəsimli koftaları seçin. Çox dar olmamasına diqqət edin.

Alçaq boylu və normal çəkili xanımlar

Çox uzun olmayan, beldə bitən modellər bədən tipiniz üçün daha uyğundur.

Bədən tipinə görə boğazlı koftanı necə seçməli?

Armud tip bədən quruluşlu xanımlar
 

Omba və sinənizi tarazlaşdıran geniş belli modelləri rahatlıqla geyinə bilərsiniz.

Alma tip bədən quruluşlu xanımlar

Diqqəti bədəninizin üst hissəsinə çəkəcək bəzəkli yaxaları seçə bilərsiniz.

Bədən tipinə görə boğazlı koftanı necə seçməli?

Qum saatı bədən quruluşlu xanımlar

 Beldə incələn modelləri seçməklə cazibədar bədən quruluşunuzu önə çıxara bilərsiniz.

Bədən tipinə görə boğazlı koftanı necə seçməli?

Hər zaman gözəl və zövqlü görünmək diləyi ilə...

14 aprel 2013
GO BACK