Biz qadınlar qəşəng görünmək istəsək də, bəzən geyimi səhv seçdiyimiz üçün zövqsüz görünürük. Geyim seçərkən əsasən nədə səhv edirik? Gəlin, bu barədə danışaq.
Retuz geyinmək
Əgər ayaqlarınıza kifayət qədər güvənmirsinizsə, tək retuzla gəzməyin.Yaxşı olar ki, onu uzun bir kofta və dikdaban çəkmə ilə geyinəsiniz. Belə halda cazibədar görünəcəyinizə əmin olun!
Gedilən yerə uyğun geyinməmək
Əgər getdiyiniz yerdə sizin istirahət etməyiniz vacibdirsə, onda daha rahat geyimlərdən istifadə edin.
Ağ çəkmə geymək
Ağ dikdaban çəkmələr qadını bayağı göstərir.Əgər belə bir çəkməniz varsa, dərhal ondan imtina edin!
Düzgün seçilməyən aksesuarlardan istifadə etmək
Əgər kök xanımsınızsa , kiçik çanta əvəzinə daha böyük çiyin çantası seçin. Belə olduqda artıq çəkinizi qismən də olsa gizlədə bilərsiniz.
Kök olduğunuz halda ağ şalvar geyinmək
Ağ şalvar geyinmənin riskli olduğunu bilərək, yenə də ondan istifadə edirsinizsə, bir az düşünün. Şalvarınız öndən qəşəng görünə bilər, bəs arxadan?!
Bədən quruluşuna görə deyil, dəbə görə geyinmək
Dəbin qurbanı olmaq istəmirsinizsə, paltar alarkən yaxşı düşünün. Paltar dəyişmə otağında geydiyiniz geyimlərin hər birini ayrı-ayrılıqda nəzərdən keçirin, sizə yaraşıb-yaraşmadığına baxın və sonra alın. Arxası daş-qaşlı cins şalvarlar dəb olsa da, bunun ancaq incə bədən quruluşu olan xanımlara yaraşdığını unutmayın.