Bu xəbərimdə sizlərə qış fəslinin əsas geyimlərindən olan əlcəkləri təqdim edəcəyəm. Əlcək qış fəslinin əvəzolunmaz aksesuarlarındandır. Əlcəklər əllərimizi soyuqdan qoruyur. Dəridə çatların əmələ gəlməsinə imkan vermir. Təbii ki, əlcək deyib keçmək olmaz. Əlcəklər də geyimə uyğun olmalıdır. Əgər idman geyimindəsinizsə, klassik əlcək geyinmək uyğun olmaz. İndi sizə bir necə əlcək modelini təqdim edirəm.
Bu əlcək sadəlikdən uzaq olsa da,mənim diqqətimi cəlb etdi. Xüsusi ilə də lələkləri çox cəlbedicidir.
Bu isə tam fərqli modeldir. Üzəri incə sapla toxunmuş, barmaqsız bir əlcəkdir. Üzərindəki işləmə naxış çox gözəldir.
Bir çoxunuzun xoşuna gəlməyə bilər,amma idman stilini sevən xanımlarımız da az deyil. Bu, məhz onların zövqünə görədir.
Klassik geyimi sevən xanımlar üçün rəng seçimi çox gözəldir.
Çox sadə bir modeldir, amma nazik olduğu üçün soyuq havalarda taxmaq məsləhət deyil. Soyuqda əlləriniz üşüyə bilər.
İlk baxışdan dəridən tikilmiş və sadə qara əlcək kimi görünür. Amma üzərindəki iri qaşlar gözqamaşdırıcıdr.
Ağ sapdan toxunmuş barmaqsız əlcək gözəl görünüşə və incəliyə malikdir. Mən ən çox üzərindəki tükü bəyəndim.
Nisbətən uzun əlcək modelidir. Bu model qısa qollu palto ilə daha uyğun seçimdir.
Klassik geyimləri sevən xanımlar üçün gözəl modellərdir.
Rəng seçimi pis deyil, üzərindəkilər isə daha gözəl görünür.
Toxunma əlcək yeniyetmə qızlarımızın zövqünə uyğun ola bilər. Əlləri soyuqdan çox gözəl qoruyur.
Qara dəridən olan və zəncirbəndli əlcək modeli, məncə, çox xanımın zövqünə uyğun ola bilər.
Qırmizi hələ ki, dəbdən düşməyib. Zövqlü geyinməyi sevən xanımlar, seçim edə bilırsiniz.
Bu əlcək mənə sanki Qar qızın əlcəklərini xatırlatdı. Üzərindəki muncuqdan olan kəpənək mükəmməl görünür.
Qara dəridən olan bu əlcəyin üzərindəki qırmızı cizgilər fərqli görünür.
Çox sadə, qara və ağın qarışığı olan əlcəklər hər zaman dəbdədir.
Bu isə kirpi əlcəkdir. Sadəcə maraq üçün paylaşdım, bəlkə də bəyənərsiniz.